İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 iyun, AZƏRTAC
İngiltərə millisinin müdafiəçisi Tino Livramento dünya çempionatını buraxacaq.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu baldır nahiyəsindən aldığı zədə səbəbindən mundialda iştirak edə bilməyəcək. Məlumata görə, İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel Xorvatiya ilə keçiriləcək ilk oyun ərəfəsində heyətdə dəyişiklik etməyə məcbur olub.
Bildirilib ki, T.Livramentonun əvəzinə "Çelsi"nin müdafiəçisi Trevor Çaloba milliyə dəvət olunacaq. FIFA-nın qaydalarına əsasən, komandalar ilk oyuna 24 saat qalanadək heyətdə dəyişiklik edə bilərlər.
Qeyd edək ki, "Nyukasl"ın futbolçusu 2025/2026-cı illər mövsümündə müxtəlif zədələr səbəbindən cəmi 17 Premyer Liqa matçında meydana çıxıb.
Baxış sayı:125
Bu xəbər 16 İyun 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















