İngiltərə millisinin müdafiəçisi “Əl Nasr” və “Əl İttifaq”ın hədəfində
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted” və İngiltərə millisinin müdafiəçisi Hari Maqvayr Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
İdman.biz xəbər verir ki, “Əl-Nasr” və “Əl-İttifaq” futbolçunu hədəfləyib.
Maqvayrın mövcud klub ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Əvvəlcə müqavilə keçən yay başa çatmalı idi, lakin tərəflər 2025/26 mövsümü üçün müddəti uzadıblar. Ehtimal var ki, “Mançester Yunayted” futbolçu ilə əməkdaşlığı daha uzatmayacaq.
Qeyd edək ki, Maqvayr 2019-cu ilin yayından “Mançester Yunayted”in şərəfini qoruyur. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 253 oyuna çıxıb, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar qiyməti 13 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Oktyabr 2025 06:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















