İngiltərənin 4 nəhəngi fransalı vunderkində elçi düşdü
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Avropanın ən perspektivli gənc oyunçularından biri hesab olunan Dezire Due İngiltərə nəhənglərinin diqqətini cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb.
Mənbənin məlumatına görə, bu mənada "Mançester Siti" xüsusi fəallığı ilə seçilir.
Premyer Liqanın son qalibi artıq Duenin məxsus olduğu klubla - PSJ ilə danışıqlara başlayıb.
Bununla belə, PSJ-nin istedadını izləyən təkcə "şəhərlilər" deyil. "Mançester Yunayted", "Arsenal" və "Çelsi" də oyunçunu diqqətlə izləyir.
Parislilər ulduzunu asanlıqla buraxmaq fikrində deyillər. Klub Dueni gələcək layihədə əsas fiqur hesab edir və yalnız 100 milyon avroya yaxın təklif alacağı halda danışıqlara razılıq verəcək.
Əlavə edək ki, fransalı forvars bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 46 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















