Icma.az
close
up
RU
“İnnovasiyalarda 1 pillə irəli, biznesin inkişafında 44 pillə geri” AİF prezidenti hökumətə çağırış etdi

“İnnovasiyalarda 1 pillə irəli, biznesin inkişafında 44 pillə geri” AİF prezidenti hökumətə çağırış etdi

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Qlobal İnnovasiya İndeksi 2025” hesabatını şərh edib. O bildirib ki, hesabatda Azərbaycan cəmi 1 pillə irəliləyərək 139 ölkə arasında 94-cü yerdə qərarlaşıb.

“Xatırladım ki, ötən il ölkəmiz 6 pillə geriləmişdi. Son illərin nəticələrinə baxsaq:

2020 – 82-ci yer

2021 – 80-ci yer

2022 – 93-cü yer

2023 – 89-cu yer

2024 – 95-ci yer

2025 – 94-cü yer.

Görünür ki, bir neçə il öncəki mövqeyimizi bərpa edə bilməmişik. Bu o deməkdir ki, baxmayaraq ki, bu sahədə müəyyən addımlar atılır, qonşularımız və digər ölkələr də inkişafdan geri qalmayıb”, – deyə Gündüz bildirib.

Ekspert qeyd edib ki, bu il reytinq 80 indikator əsasında hazırlanıb. Azərbaycanın mövqeləri belədir:

İnnovasiya resursları – 76-cı yer

İnnovasiya nəticələri – 112-ci yer

İnstitutlar – 41-ci yer (10 pillə irəliləyib)

İnsan kapitalı və elm – 88-ci yer

İnfrastruktur – 105-ci yer

Bazarın inkişaf səviyyəsi – 72-ci yer

Biznesin inkişaf səviyyəsi – 111-ci yer

Bilik və texnoloji təsirlər – 110-cu yer

Yaradıcı fəaliyyət – 108-ci yer (12 pillə geriləyib).

“Yəni, resurslarımız var və hətta bəzi göstəricilər artıb, amma nəticələr qaneedici deyil. Ən zəif sahələr: biznesin inkişafı, bazarın inkişafı (xüsusilə investisiya və vençur maliyyələşmə), bilik və texnoloji nəticələr (İT ixrac və idxal, intellektual mülkiyyətdən gələn gəlirlər, yüksək texnologiyalı məhsulların ixracı), yaradıcı fəaliyyət (yaradıcılıq məhsulları və xidmətlərin ixracı, milli filmlər, milli domenlər, mobil tətbiqlər)”, – deyə Osman Gündüz vurğulayıb.

O.Gündüz qeyd edib ki, region ölkələrinin innovasiya sıralamasında vəziyyət belədir:

Türkiyə – 43-cü yer

Gürcüstan – 56-cı yer

Ermənistan – 59-cu yer (+4)

Rusiya – 60-cı yer (-1)

Ukrayna – 66-cı yer

İran – 70-ci yer

Özbəkistan – 79-cu yer (+4)

Qazaxıstan – 81-ci yer

Belarus – 85-ci yer

Azərbaycan – 94-cü yer (+1)

Qırğızıstan – 96-cı yer (+3)

Tacikistan – 108-ci yer.

“Bu da göstərir ki, sektora yatırımlar qoyulsa da nəticələr zəifdir və potensial imkanlarımıza uyğun deyil”, – deyə ekspert bildirib.

Osman Gündüz qeyd edib ki, hesabat indikatorları bir çox sahələri əhatə edir: innovasiya və rəqəmsal sektor, elm və təhsil, iqtisadiyyat, əqli mülkiyyət, mədəniyyət, qanunvericilik və s. Hesabatın hazırlanmasında aidiyyəti qurumlar məlumatları müxtəlif mənbələrdən alır.

“Düşünürəm ki, RİNN, İRİA, İnnovasiya Nazirliyi, KOBİA, ETN, ASAN, Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi və digər əlaqəli qurumlar nəticələri ciddi təhlil etməlidirlər. Bəzi sahələrdə irəliləyiş var, amma digərlərində geriləmə var. Bu il gözləntilər yüksək idi, lakin nəticələr gözlənilən səviyyədə olmadı. Ola bilsin, bəzi datalar hesabatı hazırlayanlara vaxtında təqdim edilməyib. Ümid edirəm, Katiblik və əlaqəli qurumlar bu nəticələri dərindən analiz edəcəklər”, – deyə o bildirib.

Ekspert vurğulayıb ki, Prezident Administrasiyasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi, RİNN-in rəhbərliyi ilə fəaliyyət göstərən “Texnologiya və innovasiyalar” işçi qrupu və digər əlaqəli işçi qruplar səylərini gücləndirməlidirlər.

“Bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün innovasiya potensialının artırılması baxımından vacibdir. Hesabatdan alınan nəticələr göstərir ki, resurslar olsa da, nəticələr hələ kifayət qədər güclü deyil və gələcəkdə ciddi analiz və planlaşdırma tələb olunur”, – deyə Osman Gündüz qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see289

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see239

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see204

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see184

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see154

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see152

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri