Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

İnnovativ sintez və funksional materiallar beynəlxalq elmi konfrans

İnnovativ sintez və funksional materiallar beynəlxalq elmi konfrans

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) “İnnovativ sintez və funksional materiallar” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək konfransın əsas məqsədi müasir kimya, materialşünaslıq, nanotexnologiya, enerji materialları, biomateriallar, polimerlər və digər əlaqəli sahələr üzrə son elmi nailiyyətlərin müzakirəsini təşkil etmək, həmçinin alimlər və gənc tədqiqatçılar arasında elmi əməkdaşlığı genişləndirməkdir. Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Putra Malayziya Universiteti, Buxara Dövlət Universiteti, Pekin Kimya Texnologiyaları Universiteti (PKTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun tərəfdaşlığı ilə keçirilən konfransın açılışında ali təhsil müəssisələrinin rektorları, nüfuzlu yerli və xarici alimlər, eləcə də gənc tədqiqatçılar iştirak ediblər.

BMU-nun rektoru Yaqub Piriyev konfransı ölkələrarası elmi əməkdaşlığın möhkəmləndirilməsi və yeni elmi əlaqələrin qurulması baxımından mühüm platforma kimi dəyərləndirib. Bildirib ki, müasir dövrdə Azərbaycan elmi və təhsilinin qarşısında duran əsas vəzifələrdən biri yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, elmi fəaliyyətin stimullaşdırılması və nəticələrin praktik tətbiqinin genişləndirilməsidir. Rektor qloballaşan dünyanın çağırışları fonunda yüksək biliyə əsaslanan cəmiyyətin formalaşdırılmasının elmin inkişafını zəruri etdiyini vurğulayıb. Qeyd olunub ki, alimlərin əməyinin layiqincə qiymətləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir laboratoriya və texnoloji imkanların artırılması ölkədə elmi potensialın gücləndirilməsinə xidmət edən prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin gənclərin xaricdə təhsili və akademik potensialının artırılması ilə bağlı imzaladığı dövlət proqramlarının əhəmiyyətini xüsusi vurğulayan Yaqub Piriyev bu proqamların milli iqtisadiyyatın və cəmiyyətin davamlı inkişafına mühüm töhfə verdiyini bildirib.

Diqqətə çatdırılıb ki, konfransa 17 xarici ölkədən, əsasən Özbəkistan, Türkiyə, Pakistan, Rusiya, Qazaxıstan, Moldova, ABŞ-dən məqalələr təqdim edilib. Ölkəmizdən isə BMU ilə yanaşı, Neft-Kimya Prosesləri İnstitutu, ADNSU, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daha fəal olub. Ümumilikdə təqdim edilən 330 məqalədən 160-ı qəbul olunub.

Sonra Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Valentin Nenajdenko, ADNSU-nun rektoru Rüfət Əzizov, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, akademiklər Abel Məhərrəmov, Vaqif Fərzəliyev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, Rusiya Xalqlar Dostluğu Universitetinin dekanı Leonid Voskressenski, Türkiyənin Yıldız Texniki Universitetinin professoru Sevil Yücel və PKTU-nun professoru Jiaxu Xu çıxış ediblər. Çıxışlarda elm, təhsil və innovasiyanın qarşılıqlı əlaqəsinə toxunulub, müasir dövrdə kimya elminin sürətli inkişafı və bu sahənin qarşısında duran yeni çağırışlar diqqətə çatdırılıb. Bildirilib ki, bərpaolunan enerji mənbələrinin inkişafı, ekoloji problemlərin həlli, yeni nəsil funksional materialların yaradılması və sənayenin rəqəmsallaşması kimya sahəsində daha innovativ yanaşmaların tətbiqini zəruri edir. Həmçinin qeyd olunub ki, Azərbaycanın zəngin neft-qaz potensialı ilə yanaşı, kimya sənayesinin genişləndirilməsi və daha müxtəlif məhsulların istehsalı üçün böyük imkanları var. Bu imkanların reallaşdırılması üçün elmi tədqiqatların gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Vurğulanıb ki, müasir elmi nailiyyətlər getdikcə daha çox ortaq tədqiqatlar, əməkdaşlıq və təcrübə mübadiləsi nəticəsində əldə olunur və bu baxımdan beynəlxalq konfranslar alimlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib platforma rolunu oynayır.

Plenar sessiyada REA-nın kimya institutları, Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Türkiyənin Yıldız Texnik və Qəbzə universitetləri, Pakistanın Sardoqa Universiteti, Moldova Dövlət Universiteti professorlarının elmi məruzələri təqdim edilib.

Ardınca məruzəçilərə sertifikatlar təqdim olunub. İki gün davam edəcək konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri