Icma.az
close
up
RU
İnşaat sahəsində karyera istəyənlərə yeni imkan...

İnşaat sahəsində karyera istəyənlərə yeni imkan...

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kristal Abşeron və “Changers Academy” birgə əməkdaşlıq çərçivəsində yeni tədris və iş proqramı təqdim edir.

Bu proqram tikinti sahəsində təcrübə qazanmaq, karyerasına sıfırdan başlamaq və mövcud biliklərini inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub.

Tikinti layihələrinin idarə olunması tədris proqramı 3 ay müddətində davam edəcək və bu müddət ərzində iştirakçılar layihə idarəetmə prinsipləri, inşaat proseslərinin mərhələləri, resurs planlaması, büdcə, vaxt və risklərin idarə edilməsi kimi sahələrdə biliklər əldə edəcəklər. Tədris müddətində tələbələr Kristal Abşeronun inşaat layihələrində iştirak edərək sahə və ofis texniki gəzintilərində yer alacaq, real praktiki təcrübə qazanacaqlar.

Tədris proqramını uğurla tamamlayan iştirakçılar Kristal Abşeronda iş imkanı əldə etmək şansı qazanacaqlar. Hazırda qeydiyyat davam edir və qısa müddət ərzində yeni qrupların tədrisə başlaması planlaşdırılır.

Proqramın əsas üstünlüyü ondadır ki, iştirakçılar öyrəndikləri nəzəri bilikləri birbaşa real layihələr üzərində tətbiq edəcəklər. Tədrisi Kristal Abşeron şirkətinin Layihələrin İdarəolunması Departamentinin rəhbəri Elmin Yusifov aparacaq. O, Azərbaycan, Türkiyə və Gürcüstanda mühüm tikinti layihələrinin idarə olunması üzrə geniş təcrübəyə malikdir.

“Changers Academy” müasir dövrdə tələbatın yüksək olduğu sahələr üzrə ixtisaslaşmış tədris müəssisəsidir. Akademiya Tikinti layihələrinin idarə olunmasından başqa Dijital Memarlıq, Rəqəmsal Marketinq, İnteryer dizayn, Qrafik və Motion dizayn kimi istiqamətlərdə peşəkar mütəxəssislər yetişdirir.

Qeydiyyat və əlavə məlumat üçün 010 255 75 55 nömrəsi ilə əlaqə saxlaya və ya İnşaatçılar metro stansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsi 104 ünvanında yerləşən ofisə yaxınlaşa bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri