Dünyanın dini xəritəsi dəyişir:Yeni demoqrafik proqnoz
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Qarşıdakı onilliklərdə dünyada həm müsəlmanların, həm də xristianların sayı artacaq.
Banco.az xəbər verir ki, Pew Araşdırma Mərkəzinin yeni demoqrafik proqnozlarına görə, müsəlman əhalisinin daha sürətlə çoxalacağı və 2070-ci ilə qədər xristianları say baxımından geridə qoyacağı gözlənilir.
Mərkəzin hesablamalarına əsasən, 2020-ci ildə dünyada 2,02 milyard müsəlman və 2,27 milyard xristian yaşayıb. 2035-ci ilədək müsəlmanların sayının 2,57 milyarda, xristianların sayının isə 2,52 milyarda çatacağı proqnozlaşdırılır.
Bu fərqin əsas səbəbi dini qruplar arasında doğum göstəricilərinin fərqli olmasıdır. Belə ki, 2020–2025-ci illərdə müsəlman qadın başına düşən orta uşaq sayı 3,1, xristian qadınlarda isə 2,5 olub. Digər dini qruplarda bu göstərici orta hesabla 1,6 təşkil edib.
Pew Araşdırma Mərkəzinin baş demoqrafı Konrad Hakett bildirir ki, dini qrupların sayındakı dəyişikliklərə dini mənsubiyyətin dəyişməsindən daha çox doğum səviyyəsi təsir göstərir.
Uzunmüddətli proqnozlara görə, 2070-ci ildə dünyada müsəlmanların sayı 3,64 milyarda, xristianların sayı isə 2,96 milyarda çata bilər. Həmin dövrdə müsəlmanların dünya əhalisinin 35,8%-ni, xristianların isə 29,1%-ni təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, proqnozlar hazırlanarkən əhalinin yaş strukturu, doğum və ölüm səviyyəsi, miqrasiya və dini mənsubiyyətdəki dəyişikliklər nəzərə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Noyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















