Icma.az
close
up
RU
İnsan alverçilərinin yeni üsulu: Çinli qadınları Almaniyaya necə gətirirlər?

İnsan alverçilərinin yeni üsulu: Çinli qadınları Almaniyaya necə gətirirlər?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyada dərc olunan yeni hesabatda çinli qadınların qeyri-qanuni yollarla Avropaya gətirilərək fahişəliyə cəlb edildiyi üzə çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, Federal Cinayət İdarəsi (BKA) və Federal Polisin hazırladığı "2024 Qaçaqmalçılıq Cinayətləri Hesabatı"na əsasən, son bir il ərzində xüsusilə çinli qadınların hədəf alındığı yeni bir insan alveri metodu yayılmağa başlayıb.

Cinayətkar qruplar çinli qadınları əsasən Avopa İttifaqı ölkələrindən əldə edilən saxta sənədlərlə Almaniyaya gətirirlər. Bu sənədlər yaşamaq üçün keçərli olsa da, iş icazəsi vermir. Bəziləri isə viza rejimi olmayan Balkan ölkələri kimi bölgələrdən gəlir. Yerli vasitəçilər Almaniyaya keçidi bu ölkələrdən təşkil edirlər.

Almaniyaya çatan qadınlar "müddətli ofislər" adlandırılan və gündəlik fahişəlik xidməti göstərilən evlərə yerləşdirilir. Şəbəkələrlə əlaqə şifrlənmiş mesajlaşma qrupları vasitəsilə qurulur. Qadınların adətən çinli olan "işəgötürənlərlə" guya razılaşma əsasında çalışdıqları təqdim olunur.

Qadınlar sığınacaq və qeyri-qanuni qalma şəraitini təmin edən şəbəkələrin nəzarəti altındadır. Onlar qazandıqları gəlirin 50 faizini bu qruplara verməyə məcbur olurlar. Bundan əlavə, qiymət təyin edilməsi, müştəri tapılması və mühasibat işləri tamamilə bu cinayətkar qrupların əlindədir.

Hesabata görə, 2024-cü ildə Almaniyada bu sahədəki insan alveri halları əvvəlki illə müqayisədə 0,4 faiz artaraq 7 min 954-ə çatıb. Oturum qanunu çərçivəsində xaricilərin qeyri-qanuni gətirilməsi ilə bağlı 7 min 607 şübhəli müəyyən edilib ki, bu da 6,3 faizlik artım deməkdir. Bununla belə, Almaniyaya qeyri-qanuni miqrasiya hallarında azalma müşahidə olunub. Azalmanın əsas səbəbi kimi, Serbiyanın 2023-cü ilin oktyabrından etibarən sərhəd nəzarətini sərtləşdirməsi göstərilir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri