Icma.az
close
up
RU
İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası 2025 ci il üzrə Yekun hesabat konfransı keçirdi

İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası 2025 ci il üzrə Yekun hesabat konfransı keçirdi

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyası (İAQMQHTK) 19 dekabr 2025-ci il tarixində onlayn formatda 2025-ci il üzrə illik hesabat iclasını keçirmişdir.

Tədbir Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Koalisiya arasında insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən hazırlanmış 2025-ci il üzrə İş Planının icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə təşkil olunmuşdur. İclasda 41 üzvdən 23 nəfəri iştirak etmişdir.

İclas Koalisiyanın İdarə Heyəti sədrinin müavini Şəmsəddin Əliyevin açılış nitqi ilə başlamış, o, iştirakçıları salamlayaraq gündəlikdə duran əsas məsələlər barədə məlumat vermişdir.

Daha sonra Koalisiyanın sədri Mehriban Zeynalova 2025-ci il üzrə illik hesabatla çıxış etmişdir. Hesabatda il ərzində həyata keçirilmiş fəaliyyətlər və əldə olunan nəticələr ətraflı şəkildə diqqətə çatdırılmışdır.

Bildirilib ki, 2025-ci il ərzində Koalisiya tərəfindən ümumilikdə:

15 təlim keçirilmiş, bu təlimlərdə 400 nəfər iştirak etmişdir; 9 görüş təşkil olunmuş, 167 nəfər cəlb edilmişdir; 4 beynəlxalq tədbir həyata keçirilmiş, 108 nəfər iştirak etmişdir; 2 ictimai dinləmə keçirilmiş, 61 nəfər iştirakçı olmuşdur; Qanunvericilik təşəbbüslərinə dair 5 müzakirə və rəy toplantısı təşkil edilmiş, 51 nəfər ekspert və maraqlı tərəf iştirak etmişdir; Kütləvi informasiya vasitələrində 325 maarifləndirici material dərc olunmuş və bu materialların ümumi baxış sayı 454 281 olmuşdur; Insan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu və İnsan alverinə qarşı mübarizədə Rəqəmsal Monitorinq üçün təlimat kitabları çapdan çıxarılıb. Dövlət qurumlarına və aidiyyəti strukturlara 42 rəsmi müraciət və məktub göndərilmişdir.

Hesabatda vurğulanmışdır ki, bu fəaliyyətlər insan alveri qurbanlarının erkən müəyyən edilməsi və müdafiəsi, maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi, regional monitorinqlər və sosial tədqiqatların aparılması, həmçinin mütəxəssislərin peşəkar bacarıqlarının artırılması istiqamətində mühüm töhfələr vermişdir. Eyni zamanda beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi tədbirləri də uğurla icra olunmuşdur.

Toplantı çərçivəsində Monitorinq qrupunun nümayəndələri, Qanunvericilik qrupunun rəhbəri Şəmsəddin Əliyev, eləcə də regional koordinatorlar çıxış edərək 2025-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran çağırışlar barədə fikirlərini bölüşmüşlər. Müzakirələr zamanı insan alverinə qarşı mübarizədə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

Xüsusi olaraq qeyd edilmişdir ki, hesabatda əks olunan bütün fəaliyyətlər heç bir donor və ya layihə maliyyələşməsi olmadan, Koalisiya üzvlərinin və ekspertlərin şəxsi təşəbbüsü və könüllü fəaliyyəti əsasında həyata keçirilmişdir. Bu, vətəndaş cəmiyyətinin insan alverinə qarşı mübarizədə prinsipial mövqeyini və davamlı ictimai məsuliyyətini nümayiş etdirir.

Tədbirin sonunda 2025-ci il üzrə illik hesabat təsdiqlənmiş, eyni zamanda 2026-cı il üçün əsas fəaliyyət istiqamətləri və tövsiyələr müəyyən edilmişdir.

İAQMQHTK gələcək dövrdə də dövlət siyasətinin icrasına dəstək vermək, insan alverinin bütün formalarına qarşı mübarizəni gücləndirmək və qurbanların hüquqlarının qorunmasını təmin etmək istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəyini bəyan etmişdir.

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see218

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see214

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see212

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see196

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see176

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see167

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see157

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see153

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see149

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see142

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri