Icma.az
close
up
RU
İnsan elektrik almayan cihaz deyil PSİXOLOQ VƏ SOSİOLOQ FİKRİ

İnsan elektrik almayan cihaz deyil PSİXOLOQ VƏ SOSİOLOQ FİKRİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"30 yaşdan yuxarı insanların (burada həm qadınlar, həm də kişilər nəzərdə tutulur) ailə qurmaması bəzən onların şəxsi qərarı olmur. Bu prosesə ailə üzvlərinin, xüsusilə valideynlərin təzyiqi də təsir göstərir. İnsan zamanla bu təzyiqlərin və həyat təcrübəsinin təsiri ilə düşünməyə başlayır ki, artıq ailə qurmaq məsuliyyətindən uzaqlaşır. Bunun nəticəsində isə bəzi insanlar öz daxili düşüncələrini “elektrik almıram”, “ona qarşı hisslərim yoxdur” kimi ifadələrlə əsaslandırmağa çalışırlar. Amma əslində bu cümlələrin arxasında dərin psixoloji suallar gizlənir: “Niyə ailə qurmalıyam?”, “Ailə mənə nə verəcək?”, “Bu addım mənim həyatımda nəyi dəyişəcək"? Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, mən bu fikirləri sadəcə nəzəri olaraq deyil, praktik müşahidələrimə əsaslanaraq deyirəm. Müxtəlif insanlarla işlədiyim müddətdə onların bu məsələyə yanaşmalarını, cavablarını və davranışlarını analiz etmişəm. Bu müşahidələr göstərir ki, əslində bir çox insan bu mövzuda özünü tanıya bilmir. Məhz buna görə də insanları bu suallar üzərində düşünməyə təşviq edirəm: “Niyə mən ailə qurmaq istəmirəm?”, “Nə məni bu qərardan çəkindirir?” Bəzən insan bu suallara cavab tapa bilmədikcə ailə qurmaqdan imtina edir: "Bu məsələdə psixoloji faktorlarla yanaşı, sosial amillər də mühüm rol oynayır. Yaş fərq etmədən - istər 20, istərsə də 30 yaşlı bir qadın - cəmiyyətin formalaşdırdığı müəyyən qəliblərlə qarşılaşır. Xınayaxdı mərasimləri, xonçalar, sosial şəbəkələrdəki təmtəraqlı toy və ailə paylaşımları qadınlarda belə bir düşüncə yaradır: “Əgər bu ənənəvi mərasimləri reallaşdıra bilməyəcəyəmsə, niyə ailə qurum? Mənim rəfiqəmə bunlar edildi, mənə isə yox. Elə atamın evində rahat yaşayıram, öz kariyeramı qururam”. Bununla yanaşı, qadınlar arasında daha bir psixoloji maneə də yayılıb: Əgər bir qadın öz kariyerasında uğurludursa, yaxşı gəliri varsa və bu gəlir bəydən yüksəkdirsə, ətraf mühitdən ona yönələn şübhəli düşüncələr meydana çıxır: “O sənə sadəcə yemək üçün yaxınlaşır”. Bu kimi düşüncələr qadının beynində bir “proqram” kimi yazılır və zamanla həqiqi sevgi hissini belə tanıya bilməməsinə səbəb olur.

Əslində ailə qurmaqla bağlı qərar tək bir səbəblə izah oluna bilməz. Burada onlarla faktor rol oynayır — mən isə sadəcə bir neçə əsas məqamı qeyd edə bilirəm. İnsanlar bu səbəbləri əsas gətirərək ailə qurmaqdan və valideynlik hissindən uzaq durmağı məntiqli sayırlar. Amma sonunda unutmaq olmaz: ailə qurmaq böyük məsuliyyətdir.

Əgər bir insan 30 yaşına qədər həyatında ciddi bir dəyişiklik etməyibsə, bu, onun məsuliyyətdən uzaq olduğunu göstərə bilər. Məsuliyyətdən qaçan insan isə ailə həyatının gətirdiyi öhdəlikləri qəbul etmək istəmir və bu, ailə qurmaqdan imtinaya gətirib çıxarır.

Mövzu ilə bağlı SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov isə bildirib ki, dünyada evlənmək üçün qəbul edilmiş bir standart yaş aralığı mövcuddur. Sivil və inkişaf etmiş cəmiyyətlərdə gənclər, adətən, müəyyən bir sosial-iqtisadi baza formalaşdırmadan evliliyə qərar vermirlər. Bu isə əsasən 25-30 yaş aralığına təsadüf edir. Həm sağlamlıq, həm də fizioloji baxımdan bu yaşlar ailə qurmaq və uşaq dünyaya gətirmək üçün daha əlverişli hesab olunur. Çünki yalnız bu zaman insan sağlam övlad yetişdirmək, onun təhsil, istirahət və hüquqlarını qorumaq üçün kifayət qədər hazırlıqlı olur: "25 yaşına qədər insanlar adətən ali təhsil alır, hərbi xidmət keçir, yaxud peşə öyrənərək iş həyatı ilə tanış olur. Bu mərhələlər həm şəxsi inkişaf, həm də gələcək ailə üçün iqtisadi təməl yaratmaq baxımından əhəmiyyətlidir. Məhz bu səbəbdən inkişaf etmiş ölkələrdə — məsələn, Çin, Koreya, Avropa ölkələri, ABŞ və Türkiyədə — erkən evlilik təşviq olunmur. Orada insanlar yalnız məsuliyyət daşıya biləcək, oturuşmuş sosial mövqeyə çatdıqdan sonra ailə qururlar.

Lakin son dövrlərdə Azərbaycanda müşahidə olunan tendensiyalar narahatlıq doğurur. İqtisadi, sosial, ekoloji və məişət problemləri bir çox insanı evlilikdən çəkindirir. Subay qalmaq halları geniş yayılıb. Evlənənlərin bir qismi isə 6 ay sonra boşanır. Bəziləri sadəcə pul toplayıb toy edir, lakin ailə dağılır. Rəsmi statistika açıqlanmasa da, boşanma nisbətinin 60%-ə çatdığı deyilir. 18-35 yaş arasında subayların sayı isə təxminən 40%-dir. Boşanmış və tək yaşayanları da nəzərə alsaq, bu göstərici ümumilikdə 60%-ə yaxınlaşır.

Qlobal təcrübədə 18 yaşında ailə quran bir şəxsin dərhal ev sahibi olması gözlənilmir. Kirayədə yaşamaq, maliyyə və məişət məsələlərini tədricən həll etmək normal hal sayılır. Lakin əsas problem ondadır ki, bəzi gənclər ümumiyyətlə məsuliyyət daşımaq istəmirlər. Halbuki bir insan ailə məsuliyyəti daşıya bilmirsə, cəmiyyətə də fayda verə bilməz.

Əcdadlarımız deyirdi: “Bir ev tikənə, bir də evlənənə Allah ruzisini verir.” Bu dərin hikmət həyatın davamlılığı və gələcəyə inam ideyasını daşıyır. Uşaq isə həyatın özüdür, onun davamıdır. Subay qalmaq və uşaqsız yaşamaq isə, əslində, bir soyun, bir nəslin davamını dayandırmaq deməkdir. Amma uşaq dünyaya gətirən şəxs, həm genetik, həm də mənəvi baxımdan gələcəyə bir iz qoymuş olur.

Unutmaq olmaz ki, insan sadəcə maddi varlıq deyil. Bizim ruhumuz, duyğularımız, qəlbimiz var. Allahı sevən bir insan Onun yaratdıqlarını da sevməli, qorumağa çalışmalıdır. Hüquqlarımızın sərhədi başqasının haqqına toxunduğumuz anda bitir. Bir-birimizi anlamağa, dinləməyə və dəstək olmağa çalışsaq, ailə çətinliklərini birlikdə dəf edə bilərik. Ailə, cəmiyyət və dövlət də məhz bu yolla möhkəmlənir və inkişaf edir.

Ailə qurmaq sadəcə evlənmək deyil, böyük məsuliyyət və vəzifədir. Uşaq dünyaya gətirməkdən tutmuş onun təhsili, sağlamlığı, sosial inkişafı — hər şey maliyyə və diqqət tələb edir. Bu baxımdan Azərbaycanda yeni ailələrin dəstəklənməsi üçün xüsusi dövlət proqramları hazırlanmalıdır. Məsələn, Rusiyada olduğu kimi, uşaq doğulan andan ailəyə maliyyə dəstəyi göstərilir və bu vəsait ipoteka və ya təhsil məqsədi ilə istifadə oluna bilir.

Təəssüf ki, ölkəmizdə doğum səviyyəsi də aşağı düşüb. Hal-hazırda orta göstərici 1.1–1.5 uşaq arasındadır. Halbuki əhalinin sabit şəkildə artması üçün hər qadın orta hesabla 2.5–3.1 uşaq dünyaya gətirməlidir. Əgər bu təmin olunmasa, gələcəkdə ölkənin yaşlı əhalisinin payı artacaq və demoqrafik balans pozulacaq.

Ən təhlükəli meyllərdən biri də gənclərin reallıqdan uzaqlaşaraq serial və sosial şəbəkələrdəki parlaq, lakin qeyri-real həyatı ideal kimi qəbul etməsidir. Bəzən qızlar evlənmək yerinə bir uşaqla aliment almağı və mənzili bölməyi üstün tutur. Bəzən oğlanlar qadınların və ya qohumların himayəsi altında yaşamağı seçir. Bu da ailənin və cəmiyyətin təməlini zəiflədir.

Fiziki əməklə işləmək istəyənlərin sayı azalır, lakin tez varlanmaq arzusu artır. Gənclər az maaşlı işlərə səbr etmədən münasibətlərini bitirirlər. Bu səbəbdən bir çoxu ölkəni tərk edir. Amma bu hallar əslində bəhanədir. Evlənmək və sağlam ailə qurmaq istəyən insan, səmimi istək və səylə bunu edə bilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri