Icma.az
close
up
RU
Yaradıcı məkanlar gənclərin sosial inteqrasiyasını gücləndirir SOSİOLOQ FİKRİ

Yaradıcı məkanlar gənclərin sosial inteqrasiyasını gücləndirir SOSİOLOQ FİKRİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Şəhərlərdə gənclər üçün yaradıcı məkanların çoxaldılması cəmiyyətin sosial inteqrasiyasına mühüm töhfə verir. Belə məkanlar mədəniyyət evləri, incəsənət studiyaları, kitab kafeləri, gənclər mərkəzləri və açıq yaradıcılıq zonaları - gənclərin sosial fəallığını artırmaqla yanaşı, onların cəmiyyətlə daha sıx bağlar qurmasına şərait yaradır". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, yaradıcı məkanlar gənclərin müxtəlif sosial qruplardan olan həmyaşıdları ilə ünsiyyətinə imkan verir. Bu məkanlarda keçirilən tədbirlər, sərgilər, seminarlar və ustad dərsləri fərqli düşüncələri bir araya gətirir, tolerantlıq və multikultural dəyərlərin inkişafını təşviq edir: "Nəticədə, gənclər yalnız fərdi yaradıcılıqla məşğul olmur, həm də sosial şəbəkələrini genişləndirərək birgə fəaliyyət mədəniyyətini mənimsəyirlər. Bundan başqa, belə məkanların mövcudluğu gənclərin öz potensialını kəşf etməsinə və ictimai həyata inteqrasiya olunmasına kömək edir. Çünki yaradıcı fəaliyyətlər musiqi, teatr, rəssamlıq, ədəbiyyat və hətta startap təşəbbüsləri gənclərin özünüifadə imkanlarını gücləndirir və onlara ictimai həyatda dəyərli rol oynamaq şansı verir. Özünüifadə edə bilən gənc isə daha çox motivasiya olunur və cəmiyyətə faydalı olmaq üçün aktivləşir.

Digər mühüm məqam isə sosial bərabərliyin təşviqidir. Yaradıcı məkanlar, əgər hamı üçün açıq və əlçatan olarsa, sosial statusdan asılı olmayaraq bütün gənclərə bərabər imkanlar təqdim edir. Bu isə həm sosial təbəqələşməni yumşaldır, həm də birgə yaradıcı fəaliyyət vasitəsilə gənclər arasında həmrəyliyi möhkəmləndirir.

Nəhayət, belə məkanların çoxaldılması şəhər mədəniyyətinin formalaşmasına və gənclərin şəhər mühitinə bağlılığının artmasına xidmət edir. Özünü şəhərin bir hissəsi kimi görən gənc, sosial inteqrasiyanın əsas iştirakçısına çevrilir. Ümumilikdə, gənclər üçün yaradıcı məkanların çoxalması sadəcə mədəni layihə deyil, həm də sosial siyasətin mühüm alətidir. Bu addım gənclərin həm fərdi inkişafını, həm də cəmiyyətlə harmonik münasibətlərini gücləndirərək daha dayanıqlı sosial inteqrasiyanı təmin edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see219

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri