Icma.az
close
up
RU
Boşanmaq cəsarət deyil, bəzən məcburiyyətdir SOSİOLOQ FİKRİ

Boşanmaq cəsarət deyil, bəzən məcburiyyətdir SOSİOLOQ FİKRİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Boşanmaq – bir zamanlar ailə institutuna ən böyük təhlükə sayılırdı, insanlar ailələrini qorumaq üçün son ana qədər mübarizə aparır, “ayıb olar” qorxusu ilə dözürdülər. Amma indi mənzərə dəyişib. Cəmiyyət dəyişdikcə ailə institutunun qəbul etdiyi “normalar” da dəyişir.

“Müasir dövrdə qadınlar boşanmaqdan qorxmurlar. O bildirir ki, bu gün boşanma faktları təkcə artmır, həm də ictimai qınaq obyekti olmadan qəbul edilir. Əgər kiminsə boşanmadan qorxduğunu iddia edən varsa, qoy statistikaya baxsın. Bu qorxu anlayışı 10-15 il əvvəldə qaldı. İndi insanlar ailəni dağıtmaqdan çəkinmir, boşanmaq isə artıq "ayıb" deyil, bəzən hətta çıxış yolu kimi görsənir”. Bunu SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Lalə Mehralının sözlərinə görə, iki hal var ki, bu hallarda boşanmanı tam haqlı saymaq olar: zorakılıq və xəyanət. Hər iki faktor ailənin təməlini sarsıdır və birgəyaşayışı mənasız edir.

“Zorakılıq varsa, orda artıq məhrəmlik, hörmət, sevgi anlayışı bitmiş sayılır. Fiziki, psixoloji və ya iqtisadi – zorakılığın forması fərq etməz. Hər bir halda bu, ailəni içindən çürüdür”, – deyə sosioloq vurğulayır.

İkinci əsas səbəb isə xəyanətdir. Mehralıya görə, kimliyindən asılı olmayaraq qadın və ya kişi xəyanət edən tərəf ailənin dağılmasına görə məsuliyyət daşıyır: “Xəyanət, istər emosional, istər fiziki olsun, bağışlanmalı səbəb deyil. Bu, münasibətə olan inamın sarsılmasına, etibarın itməsinə və birlikdə yaşamağın mümkünsüz olmasına səbəb olur”.

Amma məsələ təkcə bu deyil. Sosioloqu narahat edən daha bir məqam var: bu gün cütlüklər çox zaman olduqca bəsit səbəblərlə boşanma qərarı verir. Əsaslı təməl olmadan ailələrin dağılması artıq adi hal alıb.

“İndi insanlar kiçik anlaşılmazlıqlara, gündəlik həyatın xırda çətinliklərinə görə boşanma yolunu seçirlər. Və bu da boşanma statistikasını şişirdir. Bu templə davam etsə, bir neçə ilə ölkədə sağlam ailə modeli nümunə kimi göstəriləcək qədər az qala bilər”, – deyə Lalə Mehralı xəbərdarlıq edir.

Boşanma hər nə qədər şəxsi qərar olsa da, cəmiyyətin ümumi mənzərəsinə təsir edən sosial prosesdir. Bu səbəbdən də səbəblərin kökünə enmək, ailələrin niyə dağılmasının arxasında duran real səbəbləri araşdırmaq zəruridir.

Müəllif: Fatimə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri