Icma.az
close
up
RU
“İnsan hüquqları və vətəndaş azadlığına elmi yanaşma” seminar

“İnsan hüquqları və vətəndaş azadlığına elmi yanaşma” seminar

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar Təşkilatı tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları və vətəndaş azadlığına elmi yanaşma” mövzusunda maarifləndirmə seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən icraçı direktor professor Əfsun Sucayev belə görüşlərin yaşından, cinsindən, peşəsindən asılı olmayaraq hüquqi maariflənmənin artırılması, insan hüquqları sahəsində biliklərin dərinləşməsi və hüquqi mədəniyyətin təkmilləşməsi baxımından xüsusi önəm daşıdığını bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. “İnsan Hüquqları Aylığı”nın məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək və insan hüquqlarını təmin etməkdir.

Ə.Sucayev ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən sistemli və davamlı islahatlara diqqət çəkərək bu islahatların beynəlxalq hüquq normalarına uyğun şəkildə aparıldığını bildirib.

İcraçı direktor bu tədbirin xüsusən gənc alim və mütəxəssislərin hüquqi biliklərinin artırılması baxımından faydalı olacağına əminliyini ifadə edib.

Sonra seminar iştirakçıları üçün insan hüquq və azadlıqlarına dair maarifləndirici videoçarx təqdim olunub.

Daha sonra institutun Azad Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov “İnsan hüquqları və vətəndaş azadlığına elmi yanaşma” mövzusunda məruzə edib.

Maarifləndirmə seminarı interaktiv müzakirələrlə davam edib. Gənc alim və mütəxəssislərin hüquq və azadlıqlarla bağlı müxtəlif sualları cavablandırılıb, onlar arasında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri