Icma.az
close
up
RU
COP29 çərçivəsində “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə keçirilib

COP29 çərçivəsində “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə keçirilib

Operativmedia saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29 çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qeyd edib ki, Azərbaycanda 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi çox təqdirəlayiq haldır.

"Bundan əlavə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası, eyni zamanda, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər və beynəlxalq arenada durmadan artan nüfuzunun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası COP29 kimi qlobal əhəmiyyətə malik mötəbər bir tədbirə ev sahibliyi edir.

Məlum olduğu kimi iqlim ədalətinin təmin olunmasında əsas aktorlardan biri olan Ombudsmanlar və milli insan hüquqları təsisatları insan hüquqları sistemində mühüm yerlərdən birini tutan sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi, iqlim dəyişikliklərinə qarşı həssas olan qrupların hüquqlarını qoruması sahəsində mühüm rola malikdirlər", -o bildirib.

S.Əliyeva qeyd edib ki, bu baxımdan ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış COP29-un Təşkilat Komitəsində Azərbaycan Ombudsmanının da təmsil olunması da məhz iqlim dəyişmələri zamanı insan hüquqları aspektlərinin nəzərə alınması məqsədinə xidmət edir.

"Hazırda qlobal müstəvidə Azərbaycana bəslənilən böyük hörmət və etimadın göstəricisi olan bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bütövlükdə bəşəriyyət üçün uğurlu nəticələrin əldə olunması naminə COP29 Təşkilat Komitəsinin üzvü kimi biz də milli insan hüquqları təsisatı olaraq, olaraq bütün imkanlarımızla bu prosesə öz töhfəmizi verməyə çalışmışıq.

Yeri gəlmişkən, bu çərçivədə Ombudsmanın təşəbbüsü əsasında Azərbaycan dövlətinin dəstəyi ilə cari ilin 2 oktyabr tarixində “İqlim Dəyişikliyi və İnsan Hüquqları: Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Rolu” mövzusunda Beynəlxalq Bakı Forumu keçirilmişdir", - S.Əliyeva bildirib.

Onun sözlərinə görə, forumda iqlim dəyişikliyinin yaratdığı problemlər və onların həlli yolları insan hüquqları perspektivindən müzakirə olunmuş, bu sahədə mövcud müsbət təcrübələr paylaşılmış, mühüm çağırışlar irəli sürülmüş, daha sonra Forum iştirakçılarının Yekun Bəyannaməsi qəbul edilmişdir.

"Azərbaycan Ombudsman təsisatının təşkilatçılığı ilə “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu” adlı bugünkü plenar müzakirənin də keçirilməsində məqsəd məhz COP29 çərçivəsində “İqlim dəyişikliyindən ən çox təsirlənən həssas qrupların qorunması: problemlər və qarşıda duran vəzifələr”, “Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi”, “İqlim ədalətinin təmin edilməsində Ombudsman təsisatının rolunun artırılması imkanları”, “İqlim dəyişikliyi nəticəsində yaranan insan hüquqları pozuntularının qarşısının alınmasında milli insan hüquqları institutlarının rolu və onların müdafiəsi strategiyaları” və digər bu kimi aktual mövzulara toxunmaqdır.

Hesab edirəm ki, iqlim dəyişikliyi qlobal bir problem olduğuna görə, milli və beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi, insanların iqlim dəyişikliklərinin hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi çox önəmlidir. Buna görə də qlobal miqyasda insan hüquqlarını qorumaq üçün daha geniş müzakirələr aparılmalı və beynəlxalq hüquqi çərçivə daha da təkmilləşdirilməlidir. Azərbaycanın və digər ölkələrin bu məsələyə dair təcrübələri mübadilə edilməli və ən yaxşı praktikalar geniş yayılmalıdır.

Fürsətdən istifadə edərək hər birinizi bu istiqamətdə həmrəylik nümayiş etdirməyə, milli və beynəlxalq səviyyədə təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində birgə əməkdaşlığa çağırıram", - S.Əliyeva əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 14 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri