Icma.az
close
up
RU
İnsan hüquqlarında yeni prioritetlər: Məhkəmə islahatları ilə bağlı...

İnsan hüquqlarında yeni prioritetlər: Məhkəmə islahatları ilə bağlı...

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında sosial müdafiə, hüquqi təminatlar və qanunvericilik yenilikləri müzakirə olunub.

Bu iclas ölkədə aparılan hüquqi islahatların davamı kimi qiymətləndirilir və vətəndaş hüquqlarının daha geniş qorunması məqsədini güdür. Azərbaycan konstitusiyası və beynəlxalq öhdəliklər çərçivəsində vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi prioritet məsələ olaraq qalır.

Hazırkı müzakirələrdə əsas sual isə bundan ibarətdir: insan hüquqları sahəsində ölkədə hansı istiqamət prioritet olmalıdır – sosial təminatın gücləndirilməsi, ifadə azadlığının genişləndirilməsi, yoxsa məhkəmə sisteminin islahatı?

Hər bir istiqamət özünəməxsus əhəmiyyət kəsb edir və vətəndaşların həyat səviyyəsi, demokratik hüquqlar və hüquqi təminat baxımından fərqli təsirlər yaradır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İsveçdə yaşayan azərbaycnalı hüquqşünas Zübeyir Bağırzadə bildirib ki, hüquqi ekspertlərin fikrincə, ölkədə insan hüquqları sahəsində islahatların effektivliyi yalnız vahid və sistemli yanaşma ilə təmin oluna bilər.

"Azərbaycanda insan hüquqları ilə bağlı əsas prioritetlərdən biri sosial təminatın gücləndirilməsidir. Konstitusiya və beynəlxalq müqavilələr çərçivəsində sosial hüquqlar vətəndaşların rifahının əsas göstəricisidir və həyat səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir. Xüsusilə aztəminatlı ailələrin və əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların sosial və iqtisadi həyatda tam iştirakının təmin edilməsi prioritet olmalıdır".

Onun sözlərinə görə, digər vacib istiqamət ifadə azadlığı və məlumat əldə etmək hüququdur: 

"Demokratiyanın inkişafı, vətəndaşların ictimai və siyasi iştirakının təmin edilməsi ifadə azadlığının qorunması ilə sıx bağlıdır. Hüquqi təminatlar, jurnalistikanın və sosial mediada fəaliyyətin sərbəstliyi, dezinformasiya ilə mübarizə mexanizmləri bu sahədə mühüm rol oynayır. Bu sahədə aparılacaq islahatlar və qanunvericilik yenilikləri həm də dövlətin şəffaflığını artıracaq, vətəndaşlarla dövlət qurumları arasında etimadın möhkəmlənməsinə xidmət edəcək".

Zübeyir Bağırzadə: Ədalətli və şəffaf məhkəmə sistemi vətəndaşların hüquqlarını qoruyan ən etibarlı mexanizmdir

Həmsöhbətimiz qeyd edib ki, eyni zamanda, məhkəmə islahatı və hüquqi təminatların möhkəmləndirilməsi əsaslı prioritet olmalıdır: 

"Ədalətli və şəffaf məhkəmə sistemi vətəndaşların hüquqlarını qoruyan ən etibarlı mexanizmdir. Məhkəmə islahatları vasitəsilə həm sosial, həm də siyasi hüquqların təminatı daha dayanıqlı olur, hüquqi tənzimləmələrdə uyğunsuzluqlar aradan qaldırılır və vətəndaşların ədalətə əlçatanlığı təmin olunur".

Ekspert vurğulayıb ki, Azərbaycan üçün ən səmərəli yol bu üç sahənin paralel və sistemli şəkildə inkişaf etdirilməsidir: 

"Sosial təminat və məhkəmə islahatı vətəndaşların hüquqlarının real qorunmasını təmin edərkən, ifadə azadlığı və ictimai iştirak demokratik prinsiplərin möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, hüquqi təhsil və vətəndaş hüquqları barədə maarifləndirmə proqramları da uzunmüddətli perspektivdə hüquqların qorunmasına dəstək olacaq".

Sonda Zübeyir Bağırzadə deyib ki,  insan hüquqları sahəsində prioritetlərin müəyyənləşdirilməsi yalnız fərdi sahəyə yönəlmiş islahatlardan ibarət olmamalı, həm də bütün hüquqi sistemin dayanıqlı inkişafına hesablanmalıdır:

"Bu yanaşma vətəndaş məmnunluğunu artıracaq, ölkənin beynəlxalq imicini möhkəmləndirəcək və hüquqi dövlət prinsiplərinin tətbiqini daha da təmin edəcək".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri