Icma.az
close
up
RU
İnsan hüquqlarının Azərbaycan modeli...

İnsan hüquqlarının Azərbaycan modeli...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Dövlət və vətəndaş cəmiyyəti bir-birini tamamlayır!

Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan haqlarına və azad olmaq hüququna malikdir. Sevindirici haldır ki, bugünkü inkişafı ilə bölgədə və dünyada söz sahibinə çevrilən Azərbaycanda insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, bir sıra uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından mühüm təcrübə formalaşdırmasına imkan yaradıb.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. O, qeyd edib ki, demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır: “Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır”.

Azərbaycan böyük yol qət edib...

Ekspert qeyd edib ki, dövlət və vətəndaş cəmiyyəti biri-birini tamamlayır, bir-birindən asılı olur: “Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil. Çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər. İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan addımları görmək üçün ilk növbədə Konstitusiyaya nəzər salmaq lazımdır. Konstitusiyamızın təqribən yarıdan çoxu vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə yönəlib və bu sahədə olan münasibətləri özündə ehtiva edir. Bu baxımdan insanların hüquqi-siyasi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də dövlət lazımi tədbirlər həyata keçirir. Sosial və siyasi fəallığın artırılmasında həm də vətəndaş cəmiyyəti fəal rol oynayır. İctimai fəallar və vətəndaş cəmiyyətinin üzvləri öz çıxışlarında ictimai rəyə təsir edə bilirlər. Bu gün sosial şəbəkələr informasiya xarakteri daşıyır, həm də sosial-mədəni tədbirlərin keçirilməsində mühüm rol oynayır. İnsanların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Azərbaycan çox böyük yol qət edib. Bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapıb”.

Hüquqşünas qeyd edib ki, vətəndaş həmrəyliyinin təmin edilməsində hər bir insanın hüquq və azadlıqlarının həyata keçməsi mühüm rol oynayır: Xüsusilə cənab Prezidentin sərəncamı ilə 2025-ci il konstitusiya və suverenlik ili elan edilib. Bu da bizim qanunlarımıza, konstitusiyamıza, azadlıq və hüquqlarımıza dövlət başçısının böyük diqqətinin ifadəsidir. Bundan sonra da Azərbaycanda vətəndaşların bütün təminatları həyata keçiriləcək, qorunacaq”.

Siyasi mədəniyyət siyasi iştirakçılığı önə çəkir

N.Məmmədov bildirib ki, istənilən cəmiyyətdə həm siyasi münasibətlər sistemi, həm də o cəmiyyətin ümumi inkişafı, təhlükəsizliyi, sabitliyi cəmiyyət üzvlərinin siyasi mədəniyyət səviyyəsindən çox asılıdır: “Təbii ki, siyasi mədəniyyətin mahiyyətini düzgün izah etmək və dərk etmək vacibdir. Siyasi mədəniyyət cəmiyyət üzvünün ətrafında cərəyan edən siyasi proseslərə reaksiyası və düzgün qiymətvermə bacarığı kimi izah oluna bilər. Yəni cəmiyyət üzvü cəmiyyətdə gedən siyasi proseslərə reaksiya verirsə, bu, artıq siyasi mədəniyyət elementi sayılır. Təbii ki, o siyasi proseslərə uyğun da davranmağı, şəraiti, siyasi mühiti qiymətləndirməyi bacarırsa, bu, artıq siyasi mədəniyyətin mövcudluğuna dəlalət edir. Siyasi mədəniyyət, həmçinin cəmiyyətdə siyasi iştirakçılıq imkanlarının olmasını önə çəkir”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyun 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri