Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İnsan neçə il yaşaya bilər: Ən real maksimum açıqlandı

İnsan neçə il yaşaya bilər: Ən real maksimum açıqlandı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəqin ki, bir çox insan mümkün qədər uzun yaşamaq istəyir. Buna görə də insanın 150 və ya hətta 200 il yaşayıb-yaşaya bilməyəcəyi ilə bağlı müxtəlif araşdırmalar böyük maraq doğurur. Vaxtaşırı yaşı 100-ü keçən uzunömürlülər haqqında məlumatlar yayılır. Onların bəziləri 100 yaşa çatmağın yollarından və “əbədi” həyatın sirrindən danışırlar.

İnsan maksimum neçə il yaşaya bilər – alimlər nə deyir?

Qaynarinfo xəbər verir ki, “New Scientist” nəşrinin müəllifləri insanın maksimum neçə il yaşaya biləcəyini araşdırarkən bir neçə il əvvəl dünya uzunömürlülük rekordunu hələ də əlində saxlayan Janna Kalmanın haqqında yazı dərc ediblər.

Qadın 1875-ci ildə doğulub və rəsmi məlumatlara görə, 1997-ci ildə 122 yaş 164 günlük olarkən vəfat edib. Lakin bəzi skeptiklər Kalmanın ailəsinin saxtakarlığa yol verdiyini və əslində 1934-cü ildə vəfat edən qızı İvonnanın anasının şəxsiyyətini mənimsəyərək uzunömürlü qadın kimi təqdim edildiyini iddia edirlər.

Müxtəlif versiyalardan asılı olmayaraq, əgər Kalmanın həqiqətən bu yaşda vəfat etdiyi və heç bir saxtakarlığın olmadığı təsdiqlənərsə, o, yenə də ən uzun ömür sürmüş insan olaraq qalır.

Bununla belə, alimlər insan ömrünün mümkün həddi barədə araşdırmaları davam etdirir və 200 il yaşamağın mümkün olub-olmadığını müzakirə edirlər. Burada isə çoxsaylı suallar yaranır. Çünki Kalmandan başqa heç kim bu yaşa qədər yaşaya bilməyib və onun hadisəsi həqiqətən də olduqca nadirdir.

Ömrün uzunluğu baxımından ikinci yerdə yaponiyalı Kane Tanaka dayanır. O, 119 il 107 gün yaşayıb. Alimlərin hesablamalarına görə, hazırda dünyanın ən yaşlı insanının yaşı isə 117-dir.

Bununla belə, yuxarıda sadalanan bir neçə unikal hadisəni istisna etməklə, alimlər insanın yaşaya biləcəyi təbii bir maksimum həddin mövcud olduğuna meyllidirlər. Bu həddi müəyyənləşdirmək üçün iki əsas yanaşmadan istifadə olunur:

* təsdiqlənmiş uzunömürlülər haqqında demoqrafik məlumatların araşdırılması;

* kompüter modelləşdirməsindən istifadə.

Birinci metoddan istifadə edən alimlər dərc etdikləri analitik məlumatlarda insanın maksimum yaşının təxminən 115 il olduğunu, lakin 125 yaşa qədər yaşamaq ehtimalının da istisna edilmədiyini bildiriblər. Digər bir araşdırmada isə mütəxəssislər Kalmanın uzunömürlülük rekordunun yaxın gələcəkdə qırıla biləcəyini qeyd ediblər.

Kompüter modelləşdirməsi zamanı alimlər 85 yaş və daha yuxarı insanların orqanizmində eritrosit və leykositlərin sayında baş verən qısamüddətli dəyişiklikləri təhlil edirlər. Mütəxəssislər bu dəyişiklikləri orqanizmin yaşla əlaqəli ölümcül xəstəliklərə davamlılığını göstərən göstəriciyə çevirirlər.

Davamlılıq aradan qalxdıqda geri dönüşü olmayan mərhələ başlayır. Tədqiqatçılar bu mərhələnin insandan insana dəyişə biləcəyini, lakin adətən 120 yaş ətrafında baş verdiyini müəyyənləşdiriblər. Ən dözümlü insanlar üçün isə yuxarı hədd bir qədər yüksək – 150 yaş səviyyəsində müəyyən edilib.

Lakin “New Scientist” müəlliflərinin fikrincə, bu cür araşdırmalar mühüm amili – gələcək tibbi nailiyyətləri nəzərə almır.

Məsələn, 1920-ci illərdə alimlər 105 ildən artıq yaşamağın mümkün olmadığını düşünürdülər. Lakin sonrakı yüz il ərzində tibbdə əldə olunan nailiyyətlər insanların ömrünü davamlı şəkildə uzadıb. Qidalanma və sanitar şəraitin yaxşılaşması da buna əlavə olaraq uzunömürlülük rekordlarının yenilənməsinə şərait yaradıb.

Alimlər qrupu düşüncə eksperimenti apararaq gələcəkdə nəzəri olaraq müalicə edilə bilən bütün qocalma səbəblərinin aradan qaldırılacağını təsəvvür edib. Bu ssenaridə yeganə sağalmaz səbəb hüceyrələrimizdə DNT zədələnməsinin qalması olacaq. Bu zədələnmə yaş artdıqca qaçılmaz şəkildə toplanır.

Belə bir ssenaridə insan ömrünün yuxarı həddi 194 yaşa qədər yüksələ bilər.

Kalmanın yaşı ilə bağlı şübhələr

“New Scientist”in Janna Kalman haqqında material hazırlayan müəllifi uzunömürlülük araşdırmaçısı Sol Nyumanla da söhbət edib.

Nyuman doğum haqqında şəhadətnamə kimi kağız sənədlərdəki səhvlər və saxtalaşdırmalar barədə dərc etdiyi araşdırmanı xatırladıb. Onun fikrincə, bu amil uzunömürlülüklə bağlı məlumatları əhəmiyyətli dərəcədə təhrif edə bilər.

Nyuman Kalmanın şəxsiyyəti ilə bağlı ehtimal olunan saxtakarlığın yalnız “aysberqin görünən hissəsi” olduğunu irəli sürüb. O, bu yaxınlarda dərc etdiyi kitabında belə səhvlərin və saxtakarlıqların miqyasını açıqlayıb.

Məsələn, Yunanıstanda yüz yaşdan yuxarı insanların təxminən 70 faizinin əslində artıq vəfat etdiyi, lakin qohumlarının pensiyalarını almağa davam etməsi üçün sənədlərdə onların sağ göstərildiyi müəyyənləşdirilib. Yaponiyada isə pensiya saxtakarlığının daha yüksək səviyyələri aşkarlanıb.

Tarix boyu insanlar müxtəlif səbəblərdən yaşlarını olduğundan böyük göstəriblər. Bu səbəblər arasında hərbi xidmətə getmək və ya ondan yayınmaq, evlənmək və işə düzəlmək kimi məqsədlər olub.

Bu səhvlər insan ömrünün yuxarı həddinə dair hesablamalara da təsir göstərir. Əgər ilkin olaraq istifadə olunan demoqrafik məlumatlarda yaşın şişirdilməsi halları çoxdursa, yekun nəticələrin də olduğundan yüksək çıxması ehtimalı artır. Modelləşdirmə araşdırmalarında iştirak edən insanların yaşları da yanlış göstərilə bilər.

Materialın müəllifi Kalmanın həyat tarixçəsini araşdırarkən 2011-ci ildə dərc edilmiş başqa bir araşdırmaya da rast gəlib. Həmin araşdırmada dünyada 115 ildən artıq ömür sürdüyü barədə iddiaların 98 faizinin təsdiqlənə bilmədiyi müəyyən edilmişdi.

Eyni araşdırmada doğumların 150 ildən artıq müddətdə dəqiq qeydiyyata alındığı ölkələrdə heç bir insanın 115 ildən çox yaşadığının sübuta yetirilmədiyi də bildirilirdi.

Materialın müəllifinin fikrincə, bu, hazırda əlimizdə olan ən dəqiq qiymətləndirmədir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Sentyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri