Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İnsan ömrü həqiqətən 150 ilə çata bilərmi? KONKRET

İnsan ömrü həqiqətən 150 ilə çata bilərmi? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin ilə Çin lideri Şi Dzinpin arasında baş tutan “ömür uzatma” müzakirəsi, insan ömrünün həqiqətən 150 ilə qədər uzana biləcəyi məsələsini yenidən gündəmə gətirib.

KONKRET.az qaynarinfo-ya istinadla xəbər verir ki, molekulyar biologiya və genetika üzrə mütəxəssis professor doktor Kaan Yılancıoğlu bildirib ki, insan ömrünün 150 ilə çatması ilk olaraq Asiya ölkələrində mümkün ola bilər:

“Qərbdə tənzimləyici qaydalar çox sərtdir, amma Asiyada daha çevik yanaşma mövcuddur. Genetik cəhətdən dəyişdirilmiş ilk insanlar Çində doğulmuşdu. Buna görə də 150 illik ömür hədəfi ilk olaraq Çin kimi ölkələrdə tətbiq oluna bilər, çünki orada elmi risklər daha sərbəst sınaqdan keçirilir”. Sezar pizza

150 illik ömür gələcək 50 ildə mümkün ola bilər

Professor Yılancıoğluna görə, 2030-cu il bu məqsəd üçün hələ tezdir, lakin qarşıdakı 50 il ərzində 150 il ömür mümkün görünür:

“2030-da ortalama ömür 90 yaşa çata bilər, amma 150 il üçün hələ 50 ilə ehtiyac var. Bu gün doğulan uşaqlar bu elmi inkişaflara şahid olacaqlar və onların 150 yaşına qədər yaşaması mümkündür”.

Son 70 ildə insan ömrü artıq uzanıb

1950-ci illərdə orta ömür 50–60 yaş aralığında idisə, bu gün 83–85 yaşa çatıb. Elm adamlarının hesablamalarına görə, orqanların dözümlülüyü və biotexnoloji inkişaflar nəzərə alınarsa, insan ömrü 150 ilə qədər uzadıla bilər.

Professor vurğulayıb ki, bu sahədə aparılan tədqiqatlar artıq yalnız “yaş almağa” deyil, “sağlam qocalmağa” yönəlib:

“‘Longevity” – yəni uzun və keyfiyyətli ömür elmi – son illərdə ən çox maraq doğuran istiqamətlərdəndir. Uzun ömürlə yanaşı, nevroloji, ürək və hüceyrə səviyyəsində sağlam qalmaq əsas hədəfə çevrilib”.

Məsələn, amerikalı texnoloji investor Brian Conson hər gün 2000-dən çox test vasitəsilə bədənini izləyir və həyat tərzini ona uyğun tənzimləyir. Bu, sağlam yaşlanmanın sərhədlərini göstərən təcrübələrdən biridir.

Uzun ömür orqan köçürməsindən deyil, genetikadan gələcək

Yılancıoğluna görə, orqan köçürmələri yalnız müvəqqəti həll təqdim edir, çünki başqasının orqanını qəbul edən insan uzunmüddətli immunosupressiv (immuniteti zəiflədən) müalicə almalı olur və bu, infeksiyalara qarşı həssaslıq yaradır. Əsl həll genetik mühəndislik və hüceyrə yenilənməsi ilə mümkün olacaq.

Yaşlanmanı ləngidən molekullar – senolitiklər – üzərində tədqiqatlar sürətlə aparılır. Yaponiyada artıq dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqları başlayıb. Eyni zamanda yaşlanmanı ləngidən və bəzən geri çevirə bilən maddələr üzərində də işlər davam edir.

Gələcək: İnsanın öz orqanını istehsal etməsi

Elm adamları yaxın gələcəkdə insanların öz kök hüceyrələrindən orqan yarada biləcəyini düşünür. “Tissue regeneration” (doku bərpası) texnologiyaları və “IPS” üsulları sayəsində insan bədəninin öz hüceyrəsindən yeni orqan istehsal etmək mümkün olacaq.

Bundan əlavə, genetik olaraq dəyişdirilmiş heyvanlardan orqan köçürülməsi üzrə tədqiqatlar da irəliləyib. Donuzlarda insana qarşı immun reaksiyası yaradan zülallar genetik yolla silinib və bu, onların orqanlarının insanlara köçürülməsini mümkün edir.

Gen redaktəsi texnologiyaları yeni dövr açır

CRISPR və “Prime Editing” kimi texnologiyalar sayəsində zədələnmiş genlər çıxarılıb yerinə sağlam genlər yerləşdirilə bilir. Hətta tək bir gen mutasiyasını belə dəyişmək mümkündür. Lakin tibbdə hüquqi və etik qaydalar səbəbindən bu yeniliklərin klinik istifadəyə keçməsi 10–20 il çəkir.

Süni intellekt texnologiyaları çox sürətlə irəliləsə də, tibbdə eyni sürət mümkün deyil. Bunun səbəbi sağlamlıq sahəsində sərt etik prinsiplər, təsdiq prosesləri və qanunvericilik tələbləridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri