Icma.az
close
up
RU
İnsan sağlamlığı ekologiyanın tərkib hissəsi kimi: E kodlar orqanizmi necə məhv edir?

İnsan sağlamlığı ekologiyanın tərkib hissəsi kimi: E kodlar orqanizmi necə məhv edir?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə hazırlanıb)

Müasir dövrdə ekologiya təkcə təbiətin deyil, insan sağlamlığının da qorunmasını özündə birləşdirən geniş və kompleks bir anlayışa çevrilib. Ətraf mühitin çirklənməsi, sənaye tullantıları, havanın keyfiyyətinin aşağı düşməsi ilə yanaşı, gündəlik qida rasionumuzda istifadə olunan maddələr də sağlamlığımıza birbaşa təsir göstərən amillərdən hesab olunur. Xüsusilə qida sənayesində tətbiq olunan müxtəlif qatqı maddələri (məhsulların üzərində qeyd olunan E kodları) bəzən tamamilə zərərsiz kimi görünsə də, faydalı ola bildiyi kimi, bəzi hallarda ciddi risklər daşıyır. 

Bu səbəbdən qida təhlükəsizliyi ekologiyanın mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilir. Bu maddələr xüsusilə inkişaf dövründə olan uşaqların, yaşlıların, müxtəlif xroniki xəstəlikləri olan insanların sağlamlığına daha tez təsirlər göstərir, fəsadlar törədir. 

Bəs bu əlavələr nə qədər təhlükəlidir və biz onların hansından çəkinməliyik?

Qaynarinfo-nun suallarını cavablandıran və əlavə qatqı maddələri haqqında danışan qida mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, "E kodlar" Avropa İttifaqı tərəfindən qida məhsullarında istifadə olunan qida qatqı maddələrini kodlaşdırmaq üçün verilən rəsmi başlıqdır. Qida etiketlərində qeyd olunan kodlar qatqı maddəsinin təhlükəsizliyini və növünü göstərir:

"Qida qatqı maddələrini kodlaşdırırlar və bu kodlar Avropa İttifaqının istifadə etdiyi E, yəni Europe (Avropa) sözündən götürülən qısaltmadır".

Məhsəti Hüseynova ilk olaraq vurğulayıb ki, qida məhsullarına əlavə edilən qatqıların heç də hamısı təhlükəli deyil:


"Çünki bir çox qatqılar təbii, bitki mənşəli rəngləndirici, konservant, antioksidant, eyni zamanda qatılaşdırıcı, dadlandırıcı və şirinləşdirici maddələr olaraq əlavə olunur. Bunların bitki mənşəli olanları zərərəli deyil. Müəyyən miqdarda istifadəsi standartlara görə qəbul olunandır. Faydalılar içində daha çox C və yaxud A vitamini mənbəyi olan, eyni zamanda pektin maddəsinin kodu olan E 440 var ki, bu da meyvələrdən əlavə olunur. Həmin maddə qida sənayesində istifadə olunur və elmi araşdırmalarda zərərsiz olaraq təsdiq olunub". 

Tez-tez eşidirik ki, insan orqanizmi üçün zərərli olan "E kodlar"la işarələnmiş qatqı maddələr var. Hətta ekspertlər məhsulları alarkən üzərini oxumağı, bu kodlar olan məhsullardan çəkinməyi tövsiyə edir. Sağlamlıq üçün hansı "E kodlar"la işarə olunmuş qatqılar təhlükəlidir? 

Suala cavab olaraq Məhsəti Hüseynova bildirib ki, sağlamlıq üçün riskli olan "E kodlar"ı var. Həmin qatqı maddələri uşaqlar üçün daha zərərlidir:

"Bilmək lazımdır ki, 25 yaşa qədər olan insanlarda orqanizm daha çox inkişafda olduğuna görə, davamlı olaraq zərərli kimyəvi maddələrdən istifadə etmək orqanizmdə inkişafdan geri qalmaq və daxili orqanların funksiyasının pozulması ilə nəticələnir. Bu kodlardan daha çox hansının potensial zərərli olduğunu bilmək lazımdır. Məsələn, E102 kimi tanınan totrazin, eyni zamanda E110 kodu ilə tanınan rəngləndirici olan "sunsetyellow” var. Bəzi maddələr var ki, onlar uşaqlarda hiperaktivliyə, allergiyaya səbəb olur. Bundan başqa, E211-lə tanınan natrium benzonat var. Eyni zamanda konserogen təsirə malik olan E250 kodla işarələnən nitrit də, ət və ət məhsullarında daha çox istifadə olunur. Ona görə də bu maddələrin dəqiq olaraq zərərli olduğunu araşdırmaq lazımdır. Zərərli olan maddələrin bəzilərinin müəyyən ölkələrdə istifadəsi ümumiyyətlə qadağan olunub. Əgər istifadə olunacaqsa, bu, mütləq xəbərdarlıqla məhsulun üzərində qeyd olunmalıdır ki, azyaşlılar, yaşlı insanlar, xroniki xəstəliyi olanlar, allergiyaya meyilli olanlar, immun sistemi zəif olan şəxslər bu məhsulları qəbul edərkən onun tərkibi haqqında məlumat ala bilsinlər. Xüsusilə hamilə və uşaq əmizdirən qadınların orqanizmi bu maddələrə qarşı kəskin reaksiya verir".


Məhsəti Hüseynova tövsiyə edib ki, mənşəyi bəlli olmayan, tərkibi ilə bağlı üzərində tam məlumat göstərilməyən məhsulları istifadəsindən çəkinmək lazımdır:

"Günümüzün ən böyük bəlası olan mononatrium qlütamat isə E621 kodu ilə tanınır. Bu maddələr isə bir çox qidalarda dadlandırıcı olaraq istifadə olunur ki, həmin maddələr insanda asılılıq yarada bilir. Ağızda ənənəvi dad reseptorlarının yaranmasına gətirib çıxarır. Xüsusilə uşaqlarda baş ağrısı, hiperaktivliliyə, allergiyaya, artıq qida qəbulundan qaynaqlanan artıq çəkiyə, piylənməyə səbəb olur ki,  bu da gələcəkdə sağlamlıq problemlərinə yol aça bilir. İnsanlar bu kodlardan məlumatlı olmalıdır. Sağlamlığına diqqət edən insanlar qeyd etdiyimiz zərərli E kodu olan məhsullardan çəkinməlidir".

Günay İlqarqızı


Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri