Icma.az
close
up
RU
İnsan sümüklərini internetdə satışa çıxardı

İnsan sümüklərini internetdə satışa çıxardı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ-nin Florida ştatında 52 yaşlı Kimberli Şopper adlı qadın sosial media üzərindən insan qalıqları satdığı üçün saxlanılıb. 

"Cebheinfo.az" xəbər verir ki, qadın “Wicked Wonderland” adlı mağazası və “Facebook”-un bazar platforması vasitəsilə insan sümüklərini satışa çıxarıb. "Orange City Polis" Departamenti məsələ ilə bağlı araşdırma başladıb. Sümüklərə qiymət etiketi də qoyulub: 

35 dollardan 600 dollara qədər.İlkin istintaq 2023-cü il dekabrın 21-də daxil olan bir şikayət əsasında başlanıb. Polis qadının "Facebook" səhifəsində insan sümüklərinin satışına dair ekran görüntülərini əldə edib. 

Araşdırma zamanı məlum olub ki, iki insan kəlləsi 90 dollara, bir körpücük və kürək sümüyü birlikdə 90 dollara, bir qabırğa və onurğa sümüyü isə 35 dollara satışa çıxarılıb. Ən yüksək qiymətli nümunə isə 600 dollar dəyərində hissəvi insan kəlləsi olub. Şopper ilkin ifadəsində bildirib ki, o, bu sümükləri “tədris məqsədli model” kimi qiymətləndirib və satışın qanuni olduğunu düşünüb. Lakin Florida qanunvericiliyinə görə, insan qalıqları yalnız xüsusi və tənzimlənmiş hallarda dövriyyəyə buraxıla bilər. 

Bu, çərçivədənkənar satışlar isə qanunsuz sayılır. Polisin açıqlamasında qeyd olunur ki, satılan qalıqlara dair heç bir rəsmi sənəd təqdim edilməyib və sümüklər “təbiətcə həssas materiallar” hesab edilir. Sümüklər toplanaraq məhkəmə-tibbi ekspertizaya göndərilib. 

Araşdırmalar nəticəsində bəzi qalıqların arxeoloji xarakter daşıdığı müəyyən olunub. Onlardan birinin 500 ildən daha qədim olduğu, digərlərinin isə fərqli mədəni və tarixi mənşəyə malik ola biləcəyi ehtimal edilir. Kimberli Şopper 7500 dollar girov müqabilində azadlığa buraxılıb. Hazırda araşdırmalar davam edir və qadına qarşı rəsmi ittihamlar irəli sürülməkdədir. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri