İnsan təkamülündə göbələklərin təsiri MARAQLI TƏDQİQAT
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tanzaniyanın İssa vadisində primatları müşahidə edən beynəlxalq alimlər qrupu göbələklərin onların qidalanmasında mühüm rol oynadığını və insanın təkamülünə təsir göstərmiş ola biləcəyini müəyyən edib.
Bizim.Media xəbər verir ki, “Ecology and Evolution” jurnalında dərc olunan araşdırma çərçivəsində alimlər dörd il ərzində şimpanzelərin, pavianların və qırmızıquyruqlu meymunların qidalanması ilə bağlı 50 mindən çox müşahidə toplayıblar.
Məlum olub ki, hər üç növ müntəzəm olaraq göbələk yeyir, lakin onların qidalanma vərdişləri fərqlənir. Şimpanzelər və qırmızıquyruqlu meymunlar meyvə qıtlığı dövründə göbələklərdən əlavə qida mənbəyi kimi istifadə edir. Göbələklər onların qida rasionunun təxminən 2 faizini təşkil edir.
Pavianlar isə göbələkləri ilboyu yeyir, hətta bəzi dövrlərdə digər qidalardan üstün tuturlar. Ayrı-ayrı aylarda göbələklər onların qida rasionunun üçdə birindən çoxunu təşkil edib.
Alimlər hesab edirlər ki, bu cür qidalanma növlər arasında qida uğrunda birbaşa rəqabəti və münaqişələri azalda bilər. Müşahidələr, həmçinin ilk hominidlərin meyvə ağaclarının az olduğu savanna və seyrək meşəlik ərazilərdə həyata uyğunlaşmasını izah etməyə kömək edə bilər.
Tədqiqatın müəllifləri bildiriblər ki, İssa vadisinin fauna və florası əcdadlarımızın təkamül keçirdiyi ərazilərin mənzərəsini xatırladır. Müasir primatlar göbələklərdən fəal şəkildə istifadə edirlərsə, avstralopiteklərin və ya Homo habilis növünün nümayəndələrinin də belə qidalanması ehtimalı var.
Arxeoloji tapıntılar da bu fərziyyəni dəstəkləyir. Təxminən 40 min il əvvələ aid neandertalların diş ərpində göbələk izləri aşkarlanıb.
Alimlər vurğulayırlar ki, göbələklər fosil şəklində zəif qorunduğundan onların insanın təkamülündəki rolu indiyədək lazımi səviyyədə qiymətləndirilməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 Oktyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















