Icma.az
close
up
RU
İnsan və süni zəkanın əməkdaşlığı əsas trend olacaq: İnsan ideyaları verir, süni zəka onu inkişaf etdirir və texniki cəhətdən tamamlayır

İnsan və süni zəkanın əməkdaşlığı əsas trend olacaq: İnsan ideyaları verir, süni zəka onu inkişaf etdirir və texniki cəhətdən tamamlayır

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev maraqlı açıqlaması ilə diqqət çəkib. O süni zəka səbəbindən bəstəkara ehtiyac qalmayacağını bildirib:

"Yeni mahnımın adı "Göz bayatıları"dır. Sözləri Xalidə Seyidovanındır. Mənim şansım belədir ki, bəzi şairlərin özlərini görmürəm. Mənə şeirləri telefonda göstərirlər, ya da internetlə göndərirlər. Bu şeiri də mənə internetlə göndəriblər. İndi bilirsiniz ki, süni zəka dövrüdür, heç bəstəkara da ehtiyac olmayacaq".

“Bütün bunlar təxəyyülün məhsuludur. İnsanı heç nə əvəz edə bilməz!”, - bu, müasir peşələrin 47%-nin təhlükə altında olduğuna, bəzilərinin isə 90% ehtimal ilə robotlarla əvəzlənəcəyinə dair fikrə bildirilən rəylərdən biridir. Təbii ki, hazırda tutduğun yeri süni zəkaya verəcəyini düşünmək çətindir. Amma israilli alim rəqəmsal inqilabın öndəri Yuval Noy Harrarinin dərc etdiyi kitaba əsaslansaq, müxtəlif peşələrin avtomatlaşdırılması Oksford alimləri Frey və Osbornun alqoritmi ilə dəyərləndirilib. Belə ki, mövcud peşələrin 47%-i risk altındadır. 2033-cü il üçün tele-marketinq və sığorta agentlərinin öz yerini robotlara vermə ehtimalı 99% -dir. Referlərdə bu ehtimal 98%, kassirlərdə 97%, baş aşpazlarda 96%, ofisiantlarda 94%, ekskursiyaçılarda 91%, çörəkçilərdə isə 89%-dir. Bir sözlə, süni zəkanın tətbiqindən sonra bəzi peşələr tamamilə yox ola bilər.


Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlama verib.

O diqqətə çatdırıb ki, süni zəkanın inkişafı artıq bir çox sənaye və peşəyə təsir edib və bu proses davam edir:

“Bəstəkarlar və digər yaradıcı peşə sahibləri süni zəka ilə tam əvəz olunması mənim şəxsi müşahidəmə əsasən qismən mümkün olacaq. Belə olan halda süni intellekt ilə hazırlanan nümunələr ucuz, canlı olan nümunələr isə hər zaman daha qiymətli və bahalı olacaq. Necə ki, sənətkarlıqda “Hand made” anlayışının kütləvi zavod istehsalı əşyalardan daha bahalı və qiymətli olduğu kimi. Süni zəka artıq musiqi bəstələyə bilir. Ad qeyd etmək istəməsək də müxtəlif alətlər artıq mövcuddur. Süni intellektin bəstəkarları klassik musiqidən tutmuş pop janrına qədər kompozisiyalar yaradır. Bu kompozisiyalar çox vaxt texniki cəhətdən düzgün olsa da, emosional dərinlik, kontekstual uyğunluq və yaradıcı niyyət baxımından insan bəstəkarın işindən geri qalır. Musiqi yalnız notların düzülüşü deyil. Onun içində duyğu, həyat təcrübəsi, mədəniyyət və məqsəd var. Süni zəka hələlik bu təbəqələri tam mənimsəyə bilmir”.

Ekspert vurğulayıb ki, süni zəka və avtomatlaşdırma bəzi peşələrə təsir edir:

“Məsələn: Rutin və təkrarlanan işlər: kassir, operator, sürücü, anbar işçisi. Sadə analiz və hesablama tələb edən ofis işləri: statistika və məlumat daxil edən operatorlar, Jurnalistlər, tərcüməçilər, qrafik dizaynerlər, mühasiblər. Süni zəka həkimlərə diaqnoz qoymaqda kömək edir, amma qərarı hələ insan verir. Süni intellektin ən az təsir edəcəyi sahələr yəni aşağı risk altında olanlar: Bəstəkar, rəssam, şair, rejissor, psixoloq, müəllim, sosial işçi, menecerlər, rəhbər vəzifələrdir. Texnologiyanın sürətlə inkişafı bəstəkarlar da daxil olmaqla, yaradıcı peşə sahiblərini düşünməyə vadar edir, amma bu o demək deyil ki, süni zəka insan bəstəkarı tamamilə əvəz edəcək. Gələcəkdə insan və süni zəkanın əməkdaşlığı əsas trend olacaq: insan ideyaları verir, süni zəka onu inkişaf etdirir və texniki cəhətdən tamamlayır. Ən güclü olanlar adaptasiya qabiliyyəti yüksək, yaradıcılığını süni zəka ilə birləşdirə bilənlər olacaq”.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, zamanın tələblərinə uyğun olaraq dünya sürətlə inkişaf mərhələsinə keçib - intellekt, robotlaşma, avtomatlaşma:

“Bu inkişaf yaradıcı, kreativ sahələrə də təsirsiz ötüşmür. Artıq dünyada müxtəlif tətbiqlər, proqramlar təqdim olunur. Bu tətbiqlərin bir çoxu reklam əsasında ödənişsizdir, pullu versiyaları da mövcuddur. Bu vasitələrlə rəssamlıq, ədəbiyyat, incəsənət, dizayn, avtomobil dizaynı, musiqi və s. sahələrdə süni intellektlə yeni sənət nümunələri yaradılır. Belə getsə, bu texnologiyalar incəsənətin bir çox sahələrini dəyişdirəcək. Artıq süni intellekt roman yazır, süjet qurur, vizual və film effektli materiallar təqdim edir, musiqi bəstələyir. "TikTok"," YouTube", "Instagram" kimi platformalarda bu texnologiyaların real tətbiqlərini görürük. Bu sahədə inkişaf elə sürətlidir ki, bir vaxtlar altı aydan bir yeniliklər görürdüksə, indi üç ay, bəzən bir ay ərzində yeni tətbiqlərlə qarşılaşırıq. Amma sual budur: Azərbaycan cəmiyyəti buna hazırdırmı? Cəmiyyətdə diplom almaq üçün təhsilə, kitab oxumağa dəlilik kimi baxıldığı bir şəraitdə süni intellektə cavab vermək mümkündürmü? Texnologiya artıq o mərhələyə çatıb ki, cihazlara belə ehtiyac olmayacaq bioradiodalğalarla insan emosiyalarını belə vizuallaşdırmaq mümkündür. Əgər biz öz aktyorlarımızı, sənətkarlarımızı süni aktyorlarla əvəz etsək, bu cəmiyyət buna hazırdırmı? Dünyada süni intellekt sahəsində geniş təcrübələr aparılır, bizdə isə hələ də ancaq boş danışmaqla kifayətlənirik”.

Yazıçı-kulturoloq əlavə edib ki, Elmlər Akademiyası fəaliyyət göstərmir, tədqiqat institutları konkret işlərlə məşğul olmur:

“Folklor, dilçilik, tarix kimi bölmələri universitetlərə verib, yerində süni intellekt və mədəniyyət üzrə beyin mərkəzləri yaratmaq lazımdır. Əgər texnologiya yaratmırıqsa, demək ki, Nizaminin, Füzulinin divanlarını oxumaq bizə yetərli deyil. Bu sahədə dövlət strukturlarına çağırış edirəm: ciddi ekspert qrupları, beyin mərkəzləri yaradılmalı, milli dəyərləri bilən, psixologiyanı anlayan mütəxəssislərlə çalışılmalıdır. Yoxsa gec olacaq. Süni intellekt artıq ədəbiyyatı, folkloru, incəsənəti əvəz etməyə başlayacaq və biz ayılanda çox gec olacaq. Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  SI və yaradıcı sənətlərin qovşağında fəaliyyət göstərəcək beyin mərkəzləri, tədqiqat institutları yaratsın. Eyni zamanda, xaricdən mütəxəssislər dəvət edilsin, yerli tədqiqatçılar dəstəklənsin. Yalnız bu yolla Azərbaycan yaradıcı sənətlərdə rəqəmsal dönüşə uyğunlaşa və rəqabətə davamlı ola bilər”.
Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 May 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see268

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see229

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see205

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see189

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see181

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see178

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see168

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see155

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see145

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see144

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see141

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see136

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see134

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri