Icma.az
close
up
RU
İnsan xarakterlərin kolleksioneri

İnsan xarakterlərin kolleksioneri

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

(Yetmiş yaşlı yubilyar Məzahir Ərtuğ Avşarın portret cizgiləri)

Artur Şopenhauer deyirdi: "Kasıb o adamdır ki, puldan başqa heç nəyi yoxdur".

Yaradıcı adamların isə, adətən, puldan başqa hər şeyi olur. Hər halda çoxunun.

Mənim də öz sərvətim - ailəm, doğmalarım, dostlarım, "tale ortaqlarım" dediyim qələm yoldaşlarım, azca da oxucularım var. Bir də ki bircə cümləm. Birinci cümləm.

Birinci cümlə demişkən. Otuz beş illik sirrimi bu günlərdə - altmış yaşımda açdım: mənim yazdıqlarım, yazacaqlarım bir cümlədən asılıdır. Əgər birinci cümləni tapıb, yaza bilirəmsə, qalanları özləri muncuq sapa düzülən kimi dalbadal düzülüb gəlir. Birinci cümlə lokomotiv kimi söz qatarını, fikir eşelonunu çəkib aparır. Həm də bu, təkcə mənə özəl bir şey deyil; başqalarında da var.

İndiki yaşımda Tanrı ailəmi, doğmalarımı, dostlarımı, oxucularımı qorusun. Bir də o bircə cümləni, birinci cümləni mənə çox görməsin. Mənim varım-varidatım o bircə cümlədir. Bircə o cümlə...

Yox, məqsəd özümdən demək deyil. Məndən daha maraqlı adamlar var (məndən fərqli olaraq maraqlı adamlar).

Qiymətli sərvətim kimi dostları da xatırladım. Elə biri Məzahir Ərtuğ Avşar. İllərlə nədir, onillərlə görüşməsək də, ürəklərimiz bir döyünür. Eyni ruhsal dalğalarda, eyni duyğu kordinatlarında yaşayırıq.

Bu talantlı rəssamla ilk iş yerim olan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində tanış olmuşam. İş yoldaşı olmuşuq. Orda bizimlə bir rəssam da vardı: Şahlar. Soyadını xatırlamadım. Onların ikisi də sonradan çıxıb ölkədən getdi: Məzahir Avşar Türkiyəyə, Şahlar Almaniyaya.

Bəli, Məzahir Avşar ölkədən getdi. Ancaq onun bir cümləsi yaddaşımda möhkəm həkk olunub, qaldı. Demişdi: "Hərənin bir cür kolleksiyası var, mənim kolleksiyam isə insan xarakterləridir".

Bilmirəm, rəssam indiki yaşında da hələ öz "xarakterlər muzeyi"nin nadir "ekspozisiya"sını zənginləşdirməkdə davam edir, yoxsa yox. Onu bilirəm ki, əməkli, yəni pensiyaçı professor özü mükəmməl xarakterdir, məzmunlu tipajdır.

Mən əvvəllər də yazmışdım: məzmunlu adamlar, deyəsən, sürətlə azalır. Bu, bəlkə də tək öz ölkəmə xas deyil, görünür, başqa vətənlər

məzmunca kaslblaşır. Amma Məzahir Avşar kimi koloritli "kontent"lər hələ var. Doğrudur, o, öz Vətənindən kənardadır. Ancaq Vətənsiz də deyil; axı Türkiyə həm də bizik.

Bir az əvvəl dedim, Tanrı o bir cümləmi mənə çox görməsin. Bir də bizi susmaqla sınamasın. Ona görə yox ki, susmağı bacarmıram. Bir yazımda da var: biz Sovet işğalının uşaqlarıyıq; bizə danışmağı deyil, susmağı öyrətdilər. Susmaq - yaradıcı adamı bitirir. Bitməkdən isə qorxmaq lazımdır. Çünki yaradıcı olaraq bitmək ölümün özündən də qorxuludur. Əlində qələm tuta bildiyim qədər varam. Rəssam fırça tuta bildiyi qədər yaşadığı kimi. Mişel de Monten deyirdi: "Millətin faciəsi həqiqəti itirəndə başlayır". Həqiqəti itirməmək üçün həqiqətə susmamaq gərək. Həqiqətə susamaq gərək.

Adam var, danışmağa qorxur, adam var, dinləyəndə qorxur. Mən isə susmaqdan qorxuram. Susanda daha çox qorxur adam.

Bu baxımdan mən özümü Məzahir Avşarla tale ortağı, ruh əkizi kimi hiss edirəm. Rəssamın içindəki qasırğalar bitmir ki. O dalğalar cürbəcür rənglərdə, çeşidli çalarlarda, işarələrdə, rəmzlərdə, obrazlarda sahilə vurur. Məzahir Avşar soy-kökümüzün rəngli və canlı rəsmidir. Özü ayaqüstə gəzən sərgi salonu, rəsm qalareyasıdır. Onun sənətinin də, həyatının da sanki hamıdan fərqli, yalnız özünə xas ritmi var.

Sərgi demişkən, bu yaxınlarda - aprel ayında rəssamın iki sərgisi oldu. Biri Bakıda, biri isə Antalyada. Mən İçərişəhərə gedib, Müasir İncəsənət Mərkəzində sərgilənən əsərlərinə baxdım rəssamın. Bu Mərkəzin o kiçik salonuna necə bir əzəmət gətirmişdi rəsmlər, Tanrım! Keramika sənətinin, eləcə də, bənzərsiz qrafikanın heyrətamiz örnəklərini yaradıb Məzahir Avşar. Sənətşünas olmasam da, bu sənətin dəyərini az-çox bilirəm.

Məzahir Avşar sənət fədakarıdır; bilirsiniz, keramika sənəti... sağlamlığa ziyandır. Bu yaşda artıq o kimyəvi duzlar rəssamın səhhətini təhdid edir. Ona görə qrafikaya keçməyə məcbur qalıb. Ancaq yaradıcı enerjisi, talantının taqəti yerindədir. Çox şükr!

Məzahir Avşar mənə deyir: "Nə sənin sənətindən pensiyaya çıxmaq var, nə mənim".

Bəli, bu, belədir. Gözümüz gördükcə, qulağımız eşitdikcə, beynimiz düşündükcə, ürəyimiz döyündükcə, biz (yazı-pozu adamları) yaza biləcəyik. Axı klaviaturanı döyəcləməyə barmaqlarımız var. Biz barmaqlarımızın ucunda yaşayırıq. Rəssam da eləcə.

Məzahir Avşarın çox ölkədə sərgisi olub, rəsmləri çox şəhəri dolaşıb. Bu dolaşıq zamanda, bu qarışıq dünyada öz kökünü çiynində daşımaq çətin işdi. Məzahir Avşar türk qədimliyinin və əsilliyinin rəsmini çəkir. Türk tarixinin rəngli ağrılı-qürurlu poeziyasını yaradır. Onun "Damğalar" seriyasını həyəcansız izləmək olmur. "Dədə Qorqud" dastanını oxumuşam. Ancaq Bakıda - sərgi salonunda bu dastana bir də Məzahir Ərtuğ Avşarın gözündən baxdım. Hər əsəri bir şedevrdir; bizi götürüb tarixin dərinliklərinə - bədii-rəngli səyahətə aparır.

Məzahir Avşar öz kökündən qopmasa da - Vətənlə duyğusal bağını qırmasa da, Vətən onu tanımağa və tanıtmağa sanki çox da həvəsli deyil. Bəlkə bu, fiziki uzaqlıqdam da qaynaqlanır, ya da özgə nədənləri var. Ancaq rəssam bundan darılmır da. Hər halda mən belə hiss elədim. O, doğulub-böyüdüyü Qarabağ mahalını da içində daşıyır, ölkəsini də, dünyasını da. Ona görə getdiyi heç yerdə özünü qərib bilmir. Bəlkə də qərib bilir, mən bilmirəm.

Nə deyim! Bilmədiklərim o qədər çoxdur ki. Elə Məzahir Avşarın özü haqqında da bilmək istədiyim çox şey var, üzbəüz oturub danışılası xeyli mətləb var. Ya mən Antalyaya gedəcəm, ya o Bakıya gələcək: axır bir gün bir yerdə qədər bizi görüşdürər.

Bir sevdiyim, uzun müddət görmədiyim dostuma yazmışdım: "Yer kürəsi çaşıb tərsinə fırlananda qarşılaşarıq".

Bilmirəm, Yer kürəsi geriyə fırlanacaq, ya yox. Amma Məzahir Avşarı hər halda bizə qovuşduracaq bir gün.

Yoxsa Vaqif Səmədoğlu demişkən: "Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm"...

Bahəddin Həzi,

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 May 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see223

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see200

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see161

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see148

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri