Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

İnsanlar arasında səmimiyyət niyə azalıb? Tanrıverdi Əliyev

İnsanlar arasında səmimiyyət niyə azalıb? Tanrıverdi Əliyev

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Tanrıverdi Əliyevin "Səmimiyyət" yazısını təqdim edir.

Bəzən XX əsri görmüş ata-analarımız deyirlər ki, "Sovetin vaxtında hər kəs səmimi, gülərüz və mehriban idi. İndi isə hər kəs sanki robotlaşıb, nə salam verən var, nə də salam alan. Qabaq dükana gedirdin, satıcı ilə səmimi söhbətlər edirdin, qonşular arasında mehribançılıq var idi, nə vardısa, Sovetdə qaldı.

Düzdür, XXI əsrə baxanda XX əsr insanları bir-birləri ilə daha səmimi və mehriban idilər. Lakin bunun "Sovet bərabərliyi" ilə əlaqəsi yoxdur. Belə ki, biz səmimiyyətin itməsi məsələsini qeyri-sovet dövlətlərdə, hətta qardaş Türkiyədə də müşahidə edirik.

Məşhur türk yazıçı Sait Faik Abasıyanıkın sevilən "Lüzumsuz adam" əsəri mehribanlığın, səmimiyyətin insanlar arasında itməsi problemini çox gözəl şəkildə izah edir. Əsərə görə antoqonist qəhrəmanımız bir gün İstanbulda gəzərkən hər şeyin dəyişdiyinin, binaların düzünə inşa edildiyinin, başqa-başqa yerlərdən tanımadığı insanların məhəllələrinə gəlməsinin şahidi olur. Qəhrəmanımız Taksim meydanından evinə gedərkən tanıdığı yerdə tanımadığı adamları gördükdə dəhşətə gəlir. Özü özünə belə deyir: "sanki məni öldürmək istəyirmişlərcəsinə baxırdılar".

Köhnə məhəlləsini gəzərkən keçmiş günlərini (baqqal, ayaqqabıçı dostlarını, mehriban qonşularını) yadına salır. Düşüncəsində canlanır ki, insanlıq sanki pulu əvəz etmiş, əsnaflar hər gələn müştəriyə eyni gözlə baxırdılar. Halbuki, əvvəl elə deyildi. İşkəmbəci (türklər qarın şorbasına belə deyir) abimiz var idi, əgər bir gün ac qalsaydım, mütləq məni bir qab şorbaya qonaq edərdi deyə köks ötürdü. Qəhrəmanımız insanların arasında hə və yox dialoqundan başqa bir söz keçmədiyindən şikayətlənirdi. Və yenə əvvəlki günlərini yada salaraq deyir ki, "biz uşaq olarkən qonşularımız bizimlə gülərüz və mehriban rəftar edərdi”. Bir digər dəhşətə gəldiyi məsələ isə küçələrin nömrələnməsi və ad verilməsi idi. Əvvəlki kimi filan dayının dükanının önündə, filankəsin qaldığı evin yanındakı kimi ünvan üslubları insanların təfəkküründən silinib getmişdi. Əsərin təhlilində əsnafların gördüyü işlərin böyük fabrik və müəssisələrə həvalə edilməsinin insan səmimiyyətinə vurduğu ziyanı da müşahidə edirik.

Ümumiyyətlə, əsərdən insanların səmimiyyətinin azalmasına dair bu tip nəticələri çıxarmaq olar:

1. Şəhərlərin metropollaşması, sürətli insan axını ilə böyük şəhərlərin dolması etibar və güvən problemini ortaya qoyur.

2. İnsanların çoxalması biznesmenlərin gözündə qazanclarının da çoxalması deməkdir.

3. İnsanların get-gedə praqmatikləşməsi altruizmə təsir göstərir. Yəni insanlar əsas özləri özlərinə yararlı olan şeylərlə məşğul olduqları üçün digər insanlara fədakarlıq nümayiş etdirmirlər.

4. Binaların əvvəllər 1 ya da 2 mərtəbəli deyil, düzünə göydələn kimi inşa edilməsi insanlar arasında (salam-sağoldan başqa) ünsiyyəti kəsir.

5. Əvvəllər bir məhəllədə ayaqqabıçı, şorbaçı, çayçı var idisə, indi bu işlərin hamısı böyük müəssisələrə, fabrik və zavodlara həvalə olduğu üçün ünsiyyət anlayışı da məhv olub.

6. Küçələrə adların və nömrələrin verilməsi və insanların yaddaşına elə həkk olması səmimiliyə təsir göstərən amillərdəndir.

Sadaladığımız səbəblər XX əsrin sonu XXI əsrin əvvəllərindən özünü göstərməyə başlamışdır. Lakin sırf XXI əsr genorasiyası olan Z və Alfa nəsilləri arasında soyuqluq və qeyri-səmimiyyətin yaranmasına səbəb olan əsas amillər siyahısına texnologiyanı da əlavə edə bilərik. Texnologiya dedikdə ədəbiyyatda və fəlsəfədə ağlımıza gələn ilk cərəyan metamodernizmdir. Metamodernizm günümüzdəki hadisələrə paradoksal və ziddiyyətli aspektlərdən baxmağı bizə təlqin edir. Məsələn, "6 ay ərzində atamla hər gün telefonla zəngləşib, danışırdıq, 6 aydan sonra ziyarətə gəldim, 2 dəqiqə söhbət etdik və telefonu əlimə aldım, başqaları ilə mesajlaşmağa və müxtəlif işlər görməyə başladım, sonra atamla sağollaşıb evimə getdim".

Burdakı ziddiyyətli məsələ budur, texnologiya uzaqda olan insanları yaxınlaşdırmağı bacarsa da, yaxında olan insanları bir-birindən uzaqlaşdırır.

Hamı mənim "yıxılmağımı" gözləyirdi? - Sərdar Ortaç “Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” təlimi keçirildi AKİ-nin dəstəyilə yeni dərslik nəşr edilib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri