“Neftçi” “Zirə”yə qalib gəldi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının XIII turunda “Neftçi” “Zirə”yə qalib gəlib.
KONKRET.az xəbər verir ki, “Palms Sports Arena”da baş tutan oyun “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə bitib.
Ev sahiblərinin heyətində Breno Almeyda fərqlənib. O, 8-ci dəqiqədə Lyubomir Tuptanın ötürməsini saxlamadan birbaşa qapıya göndərib.
Ardıcıl dördüncü qələbənin ardından xallarının sayını 30-a çatdıran “Neftçi” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Zirə” isə 20 xalla beşincidir.
Xatırladaq ki, turun açılış matçında “Şəfa” “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:“Neftçi” “Zirə”yə qalib gəldi
23 Noyabr 2024 20:53
“Neftçi” “Zirə”yə qalib gəldi VİDEO
23 Noyabr 2024 21:13
Baxış sayı:83
Bu xəbər 27 Noyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















