Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

İnsanlar heyvanları da xəstələndirə bilər? ARAŞDIRMA

İnsanlar heyvanları da xəstələndirə bilər? ARAŞDIRMA

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İllərdir heyvanlardan insanlara keçən yoluxucu xəstəliklər – zoonozlar dünya səhiyyəsinin ən ciddi problemlərindən biri hesab olunur. Quduzluq, brusellyoz, qarayara, salmonellyoz və digər infeksiyalar hər il minlərlə insanın sağlamlığı üçün təhlükə yaradır. Xüsusilə COVID-19 pandemiyasından sonra bu mövzu daha da aktuallaşdı. Hətta pandemiyanın ilk illərində ev heyvanlarının koronavirus daşıya biləcəyi ilə bağlı yayılan xəbərlər bir çox insanın pişik və itlərini küçəyə buraxmasına səbəb oldu. Sonradan isə mütəxəssislər bildirdilər ki, bu cür addımların elmi əsası yoxdur və ev heyvanlarının tərk edilməsi düzgün yanaşma deyil.

Lakin son illərdə aparılan araşdırmalar xəstəliklərin yayılması ilə bağlı fərqli bir mənzərəni ortaya çıxarıb. Alimlər müəyyən ediblər ki, infeksiyalar yalnız heyvanlardan insanlara keçmir. İnsanlar da daşıdıqları bəzi virusları, bakteriyaları, göbələkləri və parazitləri heyvanlara ötürə bilirlər. Elmi ədəbiyyatda bu proses “əks zoonoz” (reverse zoonosis və ya anthroponosis) adlandırılır.

Mütəxəssislərin fikrincə, insanların ev heyvanları ilə eyni mühitdə yaşaması, vəhşi təbiətə müdaxilələrin artması, zooparklar, milli parklar və ekoturizmin genişlənməsi növlər arasında xəstəliklərin ötürülmə riskini xeyli artırıb. Bu gün artıq təkcə insanların deyil, heyvanların sağlamlığının qorunması da qlobal sağlamlıq siyasətinin əsas istiqamətlərindən biri hesab olunur.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Doğum və ginekologiya üzrə mütəxəssis, baytar həkim Dr. Murat Akbaş bildirir ki, indiyədək Antarktidadan başqa bütün qitələrdə insanlardan heyvanlara bakteriya, virus, göbələk və parazitlərin ötürülməsi halları qeydə alınıb. Onun sözlərinə görə, bu faktlar artıq tək-tək müşahidələr deyil, müxtəlif ölkələrdə elmi araşdırmalarla təsdiqlənmiş hadisələrdir.

Bunun ən diqqətçəkən nümunələrindən biri ABŞ-də qeydə alınıb. Tennessi Universitetinin Baytarlıq Kollecinə iştahsızlıq, qusma və uzun sürən öskürək şikayətləri ilə gətirilən üç yaşlı Yorkshire teryerini xilas etmək mümkün olmayıb. Aparılan müayinələr nəticəsində itin vərəmə yoluxduğu müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, heyvanın sahibi altı ay idi vərəm xəstəliyinə görə müalicə alır. Mütəxəssislər bunun insandan itə keçən vərəmin ilk sənədləşdirilmiş hadisəsi olduğunu bildiriblər.

Oxşar hadisələr fillərdə də qeydə alınıb. ABŞ-nin İllinoys ştatında yerləşən ekzotik heyvan fermasında bir neçə filin insanlardan vərəmə yoluxduğu təsdiqlənib.

İnsan mənşəli virusların pişiklər üçün də təhlükə yaratdığı məlum olub. 2009-cu ildə Oreqon ştatında ağır H1N1 qripi keçirən bir şəxsdən ev pişiyinə virus keçib. Digər insan və ya heyvanlarla təması olmayan pişik sonradan H1N1 virusunun yaratdığı pnevmoniya səbəbindən tələf olub. Sonrakı illərdə aparılan araşdırmalar zamanı daha onlarla pişik və itin də insanlardan H1N1 virusuna yoluxduğu müəyyən edilib.

Alimlər xüsusilə qorillalar və şimpanzelərin insan xəstəliklərinə qarşı həssas olduğunu bildirirlər. Genetik oxşarlıq səbəbindən onlar qızılca, qrip, pnevmoniya və digər tənəffüs yolu infeksiyalarına asanlıqla yoluxa bilirlər. Tanzaniyanın Mahale Dağları Milli Parkında qeydə alınan ölümcül yoluxmalar zamanı tədqiqatçılar vəhşi şimpanzelərin insan metapnevmovirusuna yoluxduğunu müəyyən ediblər. Oxşar hadisə 2009-cu ildə Çikaqo zooparkında da baş verib. Xəstə heyvan baxıcılarından şimpanzelərə keçən virus nəticəsində bir neçə heyvan xəstələnib, onlardan biri ölüb.

Mütəxəssislər bildirirlər ki, insanlar yalnız virusları deyil, bəzi parazitləri də heyvanlara ötürə bilirlər. Aparılan araşdırmalar zamanı nəsli kəsilməkdə olan Afrika xallı vəhşi itlərində insan mənşəli “Giardia duodenalis” parazitinin aşkarlanması bunun bariz nümunələrindən biridir.

Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, insanlar üçün əsas təhlükə mənbələrindən biri hələ də heyvanlardan insanlara keçən zoonoz xəstəliklərdir. Bu xəstəliklər bakteriyalar, viruslar, göbələklər, protozoalar və müxtəlif parazitlər vasitəsilə yayılır və bəzi hallarda ölümcül nəticələrə səbəb ola bilir.

İnsanlara ən çox keçən zoonoz xəstəliklər arasında quduzluq, brusellyoz, qarayara, salmonellyoz, leptospiroz, vərəm, exinokokkoz (hidatik kist), toksoplazmoz, leyşmanioz və listerioz xüsusi yer tutur. Bu xəstəliklər əsasən yoluxmuş heyvanlarla birbaşa təmas, çiy və ya kifayət qədər bişirilməmiş ət və süd məhsullarının istehlakı, heyvan tullantıları, dişləmə və ya müxtəlif həşəratların vasitəçiliyi ilə insana keçir.

Həkim-infeksionist Leyla Əmrahova bildirir ki, zoonoz xəstəliklərdən qorunmağın ən təsirli yolu heyvanların vaxtında peyvənd olunması, baytarlıq nəzarətinin gücləndirilməsi, şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi və heyvan mənşəli qidaların düzgün termiki emaldan keçirilməsidir. Onun sözlərinə görə, xüsusilə heyvandarlıqla məşğul olan şəxslər, baytarlar, qəssablar və heyvan məhsulları ilə çalışan insanlar daha diqqətli olmalıdırlar.

Mütəxəssislər hesab edirlər ki, “Bir Sağlamlıq” (One Health) yanaşması hazırda bu sahədə ən effektiv model hesab olunur. Bu konsepsiya insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx əlaqəli olduğunu qəbul edir. Başqa sözlə, insan sağlamlığını qorumaq üçün heyvanların sağlamlığına, heyvanları qorumaq üçün isə insanların məsuliyyətli davranışına ehtiyac var.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Avqust 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri