Icma.az
close
up
RU
İnsanlar niyə bahalı telefonlara yönəlir: Xəstəlik, yoxsa kimlik göstəricisi?

İnsanlar niyə bahalı telefonlara yönəlir: Xəstəlik, yoxsa kimlik göstəricisi?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Yeni telefon almaq bəziləri üçün real ehtiyac, digərləri üçün isə sosial kimlik göstəricisidir. Bu fenomen həm də müasir insanın brendlərlə münasibətinin, istehlakçı mədəniyyətinin və sosial təsirlərin gücünü göstərir".

Bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "iPhone-17" almaq üçün Dubaya kimi gedənlərdən danışarkən deyib. 

Psixoloq bildirib ki, son günlər Dubaya gedərək yeni "iPhone" alan insanların sayı cəmiyyətdə diqqət çəkib: 

"Düzdür, bəziləri bunu "xəstəlik" adlandırır, bəziləri isə sadəcə zamanın tələbi kimi görür. Əslində bu davranışa psixoloji və sosial prizmalardan baxmaq lazımdır. Müasir istehlak psixologiyasında buna "hedonik istehlak" deyilir. Yəni insan məhsulu yalnız funksionallığına görə deyil, həm də sosial mövqeyini nümayiş etdirmək üçün alır. İlk sahib olanlar özlərini fərqli, üstün və "trendin önündə" hiss edirlər. Dubaya gedib yeni model telefon alanların motivi sadədir. Bir qismi ilk olmaq, diqqət qazanmaq, paylaşımda "birinci" olmaq, bəziləri isə sosial status axtarışındadılar".


"Bəs bu, xəstəlikdirmi" sualına cavabında psixoloq qeyd edib ki, xəstəlik deyil:

"Bu, psixi pozuntu deyil, istehlakçı davranışının və kütləvi dəbin nəticəsidir. Ancaq həddindən artıq, nəzarətsiz alış-veriş vərdişinə çevrilərsə, o zaman psixoloji problem kimi dəyərləndirilə bilər. Onu da qeyd edim ki, texnologiya artıq sadəcə vasitə deyil, özünüifadə formasıdır. Yeni telefon almaq bəziləri  üçün real ehtiyac, digərləri üçün isə sosial kimlik göstəricisidir. Bu fenomen həm də müasir insanın brendlərlə münasibətinin, istehlakçı mədəniyyətinin və sosial təsirlərin gücünü göstərir".

Qeyd edək ki, "iPhone-17 smartfonları sentyabrın 26-da satışa çıxarılacaq. "iPhone-17" smartfonlarının Azərbaycanda satış qiymətləri elan olunub. "iPhone-17" (sadə) 256 GB - 2340 AZN, "iPhone-17" (sadə) 512 GB – 2920 AZN, "iPhone-17 Air" 256 GB - 2920 AZN, "iPhone-17 Air" 512 GB – 3500 AZN , "iPhone-17 Air" 1 TB – 4040 AZN, "iPhone-17 Pro" 256 GB - 3210 AZN, "iPhone-17 Pro" 512 GB – 3790 AZN, "iPhone-17 Pro" 1 TB – 4310 AZN, "iPhone-17 Pro Max" 256 GB - 3500 AZN, "iPhone-17 Pro Max" 512 GB – 4080 AZN, "iPhone-17 Pro Max" 1 TB – 4580 AZN, "iPhone-17 Pro Max" 2 TB - 5670 AZN təşkil edib. 

Bahar Rüstəmli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see201

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see196

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see179

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see171

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri