Icma.az
close
up
RU
İnsanlar niyə bahalı telefonlara yönəlir: Xəstəlik, yoxsa kimlik göstəricisi?

İnsanlar niyə bahalı telefonlara yönəlir: Xəstəlik, yoxsa kimlik göstəricisi?

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yeni telefon almaq bəziləri üçün real ehtiyac, digərləri üçün isə sosial kimlik göstəricisidir. Bu fenomen həm də müasir insanın brendlərlə münasibətinin, istehlakçı mədəniyyətinin və sosial təsirlərin gücünü göstərir".

Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "iPhone-17" almaq üçün Dubaya kimi gedənlərdən danışarkən deyib. 

Psixoloq bildirib ki, son günlər Dubaya gedərək yeni "iPhone" alan insanların sayı cəmiyyətdə diqqət çəkib: 

"Düzdür, bəziləri bunu "xəstəlik" adlandırır, bəziləri isə sadəcə zamanın tələbi kimi görür. Əslində bu davranışa psixoloji və sosial prizmalardan baxmaq lazımdır. Müasir istehlak psixologiyasında buna "hedonik istehlak" deyilir. Yəni insan məhsulu yalnız funksionallığına görə deyil, həm də sosial mövqeyini nümayiş etdirmək üçün alır. İlk sahib olanlar özlərini fərqli, üstün və "trendin önündə" hiss edirlər. Dubaya gedib yeni model telefon alanların motivi sadədir. Bir qismi ilk olmaq, diqqət qazanmaq, paylaşımda "birinci" olmaq, bəziləri isə sosial status axtarışındadılar".

"Bəs bu, xəstəlikdirmi" sualına cavabında psixoloq qeyd edib ki, xəstəlik deyil:

"Bu, psixi pozuntu deyil, istehlakçı davranışının və kütləvi dəbin nəticəsidir. Ancaq həddindən artıq, nəzarətsiz alış-veriş vərdişinə çevrilərsə, o zaman psixoloji problem kimi dəyərləndirilə bilər. Onu da qeyd edim ki, texnologiya artıq sadəcə vasitə deyil, özünüifadə formasıdır. Yeni telefon almaq bəziləri  üçün real ehtiyac, digərləri üçün isə sosial kimlik göstəricisidir. Bu fenomen həm də müasir insanın brendlərlə münasibətinin, istehlakçı mədəniyyətinin və sosial təsirlərin gücünü göstərir".

Qeyd edək ki, "iPhone-17 smartfonları sentyabrın 26-da satışa çıxarılacaq. "iPhone-17" smartfonlarının Azərbaycanda satış qiymətləri elan olunub. "iPhone-17" (sadə) 256 GB - 2340 AZN, "iPhone-17" (sadə) 512 GB – 2920 AZN, "iPhone-17 Air" 256 GB - 2920 AZN, "iPhone-17 Air" 512 GB – 3500 AZN , "iPhone-17 Air" 1 TB – 4040 AZN, "iPhone-17 Pro" 256 GB - 3210 AZN, "iPhone-17 Pro" 512 GB – 3790 AZN, "iPhone-17 Pro" 1 TB – 4310 AZN, "iPhone-17 Pro Max" 256 GB - 3500 AZN, "iPhone-17 Pro Max" 512 GB – 4080 AZN, "iPhone-17 Pro Max" 1 TB – 4580 AZN, "iPhone-17 Pro Max" 2 TB - 5670 AZN təşkil edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Sentyabr 2025 04:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri