İnsanlar niyə istifadə etmədiyi əşyaları illərlə saxlayır?
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Evdə istifadə olunmayan əşyaların illərlə saxlanılması bir çox insan üçün adi vərdiş kimi görünür.
Köhnə paltarlar, artıq istifadə edilməyən məişət əşyaları, xatirə əşyaları və “bəlkə bir gün lazım olar” düşüncəsi ilə yığılan əşyalar zamanla evdə ciddi yer tuta bilir.
Bəzən insan ehtiyac duymadığı əşyanı atmağa çətinlik çəkir, çünki həmin əşya onun üçün emosional məna daşıyır və ya gələcəkdə lazım ola biləcəyini düşünür.
Lakin əşyaların həddindən artıq toplanması yalnız evdə səliqəsizlik yaratmır. Bu davranış insanın qərarvermə prosesinə, gündəlik rahatlığına və psixoloji vəziyyətinə də təsir göstərə bilər.
Bəs insanlar niyə ehtiyacı olmayan əşyaları atmaq əvəzinə illərlə saxlayırlar?
Bu barədə “Cebheinfo.az”-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insanın ehtiyacı olmayan əşyanı atmaqda çətinlik çəkməsinin müxtəlif psixoloji səbəbləri ola bilər:
“Bəlkə lazım olar düşüncəsi, əşyanı itirmək qorxusu, qərar verməkdə çətinlik, keçmişdə yaşanmış itkilər və əşyaya güclü emosional bağlılıq, bu davranışı gücləndirə bilər.
Bəzi hallarda bu davranış obsessiv-kompulsiv pozuntu (OKP) - (insanın qarşısını ala bilmədiyi narahatedici düşüncələr (obsessiyalar) yaşaması və bu gərginliyi azaltmaq üçün müəyyən hərəkətləri təkrarlamağa məcbur hiss etməsi (kompulsiyalar) ilə xarakterizə olunan psixi pozuntudur) ilə əlaqəli ola bilər.
Lakin əşya toplama davranışının olması avtomatik olaraq OKP diaqnozu demək deyil. Əşyaları atmaqda davamlı çətinlik, onların real dəyərindən asılı olmayaraq güclü saxlama ehtiyacı və nəticədə yaşayış sahələrinin istifadəsinin məhdudlaşması dispozofobiya üçün xarakterik xüsusiyyətlərdəndir”.
Onun sözlərinə görə, bu vəziyyətdə insan əşyaları atmağı emosional baxımdan çox çətin və ya təhlükəli hiss edə bilər:
“Travmatik təcrübələr və itki qorxusu belə davranışa təsir göstərə bilsə də, bunlar ayrıca diaqnoz deyil və konkret klinik vəziyyət fərdi qiymətləndirilməlidir.
Həddindən artıq əşya toplamaq insanın gündəlik fəaliyyətini məhdudlaşdıra, psixoloji gərginliyi artıra və sosial münasibətlərə mənfi təsir göstərə bilər.
Evdə hərəkət etmək, təmizlik aparmaq və yaşayış sahələrindən normal istifadə etmək çətinləşə bilər. İnsan qonaq qəbul etməkdən və sosial təmasdan qaça bilər.
Bundan əlavə, ailə daxilində konfliktlər, yıxılma və digər məişət təhlükələri, gigiyena problemləri və yaşayış şəraitinin pisləşməsi yarana bilər.
Bu davranış əşyaları atmaqda davamlı və güclü çətinlik yaratdıqda, yaşayış sahələrini funksional olaraq məhdudlaşdırdıqda və insanın sosial, ailəvi və ya gündəlik fəaliyyətinə əhəmiyyətli müdaxilə etdikdə klinik problem kimi qiymətləndirilə bilər.
Dispozofobiya diaqnozu klinik qiymətləndirmə əsasında qoyulur və digər psixi pozuntulardan fərqləndirilməlidir”.
Psixoloq qeyd edib ki, belə hallarda klinik psixoloq və ya psixiatr tərəfindən qiymətləndirmə məqsədəuyğundur, müalicə yanaşması isə səbəbə və simptomların xüsusiyyətlərinə görə müəyyən edilir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 05 Oktyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















