“Sabah”ın ulduz futbolçusu Qazaxıstan klublarını deyil, Avropanı seçir
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah” futbol komandasının özbəkistanlı yarımmüdafiəçisi Umarali Rahmonaliyev Qazaxıstan çempionatına keçmək istəmir.
İdman.Biz “ASnews”a istinadən xəbər verir ki, Qazaxıstan klublarının marağına baxmayaraq, 23 yaşlı futbolçu karyerasını Qərbi Avropada davam etdirməyi planlaşdırır.
Özbəkistanın “Bunyodkor” futbol akademiyasının yetirməsinin UEFA Çempionlar Liqasında çıxış etməsi onun Avropa klublarına transfer imkanlarını artırır.
Futbolçunun vaxtilə Rusiyanın “Rubin” klubuna keçidində iştirak edən mənbə də bu məlumatı təsdiqləyib:
“Hazırkı mərhələdə Qazaxıstan klublarının heç bir şansı yoxdur”.
Xatırladaq ki, “Sabah” bu ilin yanvarında Rahmonaliyevin transfer hüquqlarını Kazan təmsilçisindən 400 min avroya (təxminən 790 min manat) alıb. Yarımmüdafiəçinin Azərbaycan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonunadək qüvvədədir.
Qeyd edək ki, Rahmonaliyev Özbəkistan millisinin DÇ-2026 üçün açıqlanan genişləndirilmiş heyətində də yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 26 Noyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















