Icma.az
close
up
RU
İnsanlar niyə mismar üstünə çıxıb ağlayırlar?

İnsanlar niyə mismar üstünə çıxıb ağlayırlar?

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Sadhular deyirlər ki, terapiyanın əsas məqsədi insanın öz zehni ilə üz-üzə qalmasıdır. Bu terapiya müalicə deyil, özünü tanıma yoludur.

Sadhular bunu psixoloji proses kimi deyil, mənəvi səyahət kimi qəbul edir. Sadhu taxtası, başqa adı ilə mismar (çivi) yatağı geniş yayılmış və sürətlə populyarlaşan bir praktikadır. Onun tarixi minlərlə il əvvələ dayanır və qədim Şərq ənənələrinin mühüm bir hissəsini təşkil edir. Bu taxta ilə bağlı müxtəlif əfsanə və rəvayətlər mövcuddur.

Onların ən məşhuru belə başlayır: yüzlərlə il əvvəl həyatını tamamilə mənəviyyata həsr etmiş bir qrup sadhu insanı Hindistanda böyük səs-küyə səbəb olan qərar verir - çılpaq ayaqla Himalay dağlarına həcc ziyarəti etmək. Bu, olduqca uzun və çətin idi. Ciddi hazırlıq, dözümlülük və iradə tələb edirdi. Sadhular bu çətinliklə başa çıxmaq üçün “tırnaq taxtası” adlandırılan bir alət icad edirlər. Onlar bu taxtaya “sadhu” adını verirlər. “Sadhu” sözü hədəfə çatmaq, bir şeyin öhdəsindən gəlmək mənasında işlədilir.

Axşam.az xəbər verir ki, mövzu ilə bağlı psixoloq, yoqa təlimçisi Nərgiz Əliyeva "musavat.com"a açıqlama verib.

Mütəxəssis bildirdi ki, sadhu terapiyası insanın həm bədənində, həm də şüuraltında toplanmış gərginlikləri azaldan mənəvi praktikadır:

“Sadhu terapiyası qədim hind ənənələrinə əsaslanan, insanın həm bədənində, həm də şüuraltında toplanmış gərginlikləri azaldan mənəvi praktikadır. Bu təcrübəni ilk dəfə Hindistanda aşramda yaşayarkən öyrənmişəm. Sadhu lövhəsini ilk dəfə askeza edən hindlilər təcrübədən keçirərək bu günlərə ötürüblər. Özəlliyi ondadır ki, insanın ayaq altında sinir nöqtələri var və o sinir nöqtələrinə sadhu lövhəsinin mismarları nüfuz edərək stimullaşdırılır, insanın diqqəti “indi və burada” məqamına yönəlir.

Bu proses nəticəsində:

1. Stress azalır, sinir sistemi balanslanır.

2. Daxili sakitlik və emosional sabitlik yaranır.

3. Bədəni uzun müddət sıxmış gərginliklər buraxılır.

4. İnsan öz bədənini daha yaxşı hiss etməyi, ona qulaq asmağı öyrənir.

Sadhu çoxları üçün həm meditasiya, həm də dərin psixofiziki-mənəvi təcrübə kimi təsir göstərir”.

- İnsanlar ağrı-acılarını yox etmək üçünmü bu terapiyaya üz tuturlar? 

- Əsas məqsəd “ağrını ağrı ilə çıxarmaq” deyil. Sadhu terapiyasında hiss edilən fiziki narahatlıq zehin üçün bir siqnaldır və insanın öz psixoloji gərginlikləri/narahatlıq və qorxuları ilə üzləşməsinə kömək edir. Sadhu insanı ağrıdan qaçmaq əvəzinə onu doğru tənzimləməyi öyrədir. Bəs bu zaman nə baş verir?

1. İnsan ağrıya reaksiyasını müşahidə etməyi öyrənir.

2. Ağrı artıq qorxu yaradan deyil, rahatlığa və azadlığa aparan bir vasitə olur.

3. Uzunmüddətli nəticədə stressə, həyati çətinliklərə qarşı daha dözümlü olur.

Yəni məqsəd ağrını unutdurmaq deyil, ona qarşı olan münasibəti dəyişdirməkdir.

- Kimlərə sadhu olmaz? Yaş həddi varmı?

- Sadhu terapiyasının təbii ki, tövsiyə olunmadığı insan qrupları var. Kəskin ürək-damar xəstəlikləri olanlara, hamilələrə, psixoloji stabilliyi ciddi pozulan insanlara, şizofreniya, epilepsiya xəstəliyindən əziyyət çəkənlərə, ağır qan dövranı və sinir sistemi xəstəlikləri olanlara qadağandır. 

Yaş həddi olaraq adətən 18 yaşdan yuxarı tövsiyə edilir, çünki proses emosional və psixoloji yetkinlik tələb edir. Və ən önəmlisi, mən sadhunu hər kəsə tövsiyə etmirəm. Sorğuya uyğun olarsa, tətbiq edirəm.

- Sadhu terapiyasını qəbul etməyən, fırıldaqçılıq adlandıranlar da var. Onlara nə demək istərdiniz?

- Hər kəsin öz yanaşması təbiidir və fərqli düşüncələrə hörmətlə yanaşıram. Bir neçə il öncə mənim paylaşdığım qısa videogörüntü viral olaraq birmənalı qarşılanmamışdı. Sadhu terapiyası hər kəs üçün deyil və bunu qəbul edirik.

Nəzərə almaq lazımdır ki, bu praktika yüzilliklərlə mövcud olan ənənəyə əsaslanır. Sadhu təcrübəsinin təsiri, əslində, insanın öz bədəni və psixikası ilə qurduğu əlaqədədir, burada heç bir “sehr” və ya qeyri-reallıq yoxdur. İnsanlar nəticəsini seansdan sonra dərhal hiss etməyə başlayır: sakitlik, yüngüllük, gərginliyin azalması.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://axsam.az
archiveBu xəbər 09 Dekabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri