Icma.az
close
up
RU
İnsanlar niyə rəsmi açıqlamalara inanmırlar?

İnsanlar niyə rəsmi açıqlamalara inanmırlar?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kubra Məhərrəmova yazır...

Biz sevirik axı, yas məclisinə çatmamış, elə qapının ağzında "necə öldü, rəhmətlik?" sualını verək.

Və bu sualın cavabını mütləq və mütləq detallı, təfsilatı ilə eşitmək istəyirik. Əlavə suallar verib, hadisəni dramatikləşdiririk, arada da "can, can" deməklə ölü yiyəsinin ciyərini çıxardırıq.

Ölü yiyəsi də rəvayət edir ki, " heç nə, elə axşam dedi ki, dur mənə dovğa bişir, uşaqları göndərdim, getdilər göy-göyərti, qatıq alıb gətirdilər. Ay bacı, ay bacı, bişirdim. Elə bir qaşıq yeyib, canını tapşırdı".

Bəli, material var, bu artıq danışılası məqamdır. Dildən-dildən düşüləsi hekayədir. Adam ölüm anında dovğa istəyib, arvadı da (gəlini, qızı, hər kimsə) bişirib. Adam da elə bir qaşıq yeyə bilib. Və bu hadisə stoldan-stola ötürülür, müzakirə olunur. Məclisə yeni gələnlər üçün "anons" olunur.

Bir də görürsən mollabacı da bu hekayəni ağı deyir: "ay, dovğadan yeyib getməyən filankəs", "ay, arzusu ürəyində qalan filankəs", "ay, balalarından doymayan filankəs". Bəli, dovğa məsələsi böyüyüb, artıq regional məsələyə çevrilir yas yerində.

Hamı soruşur, dovğaya nanə vurursan? Noxud necə? Qatığı dükandan alırsan, ya kənddən gətizdirirsən?

Vəssalam, ölü yaddan çıxdı, hərə öz dovğasını bulayır artıq. Amma məclisin emosional olaraq yüksək həddə başlaması, ağlaşma, üzcırma, saçyolma ilə müşahidə olunması üçün "dovğa" epopeyası yaşanmalı idi. O, faciə uydurulmalı, təqdim olunmalı, məclisə rəng qatmalı idi.

Vay o gündən ki, kimsə elə-belə rəhmətə gedə. Nə bilim, qocalıqdan, ya da uzun sürən xəstəlikdən. Bu məclis artıq maraqlı olmur. Biz sevirik ki, adam öləndə də hekayəsi faciəli olsun, ağlamalı olsun. Adam acından ölsə çox maraqlı məclis keçəcək. Məsələn, söz gəzəcək, mərsiyələr oxunacaq, bir tikə çörək tapıb yeyə bilməyən qardaş, loxması boğma olan ata, əmi, dayı və s.

Faciə, qan, göz yaşları, ağlaşma, qışqırıq, emosiya... Nə qədər çox olsa, bir o qədər hörmətlidir.

Biz öləndə də sakit ölməyin tərəfdarı deyilik. Öləni də sakit ölməyə qoymarıq.

Mütləq bir faciə qurmalıyıq. İçimizdə sanki Şekspir yatır. Allah ona da rəhmət eləsin.

Biz teatra getməsək də, teatrsevər xalqıq.

Yasda qayınana üçün elə gəlinlər ağı deyir ki, əslində ömür boyu it-pişik olublar. Elə qızlar "can, ay mama" deyib ki, əslində ömür boyu anası ilə təhqirlə danışıb. Camaat da tamaşaya durur. Riqqətdən gözləri yaşarır. Çünki danışmağa, müzakirə üçün mövzu var. Özü uyduracaqmı, yarıhəqiqətmi, yarıyalanmı olacaq? Fərqi yoxdur.

Son zamanlar diqqət etmisinizsə, sadə hadisəni və sadə nəticəni heç kim sevmir. Hamı mürəkkəblik axtarır. Nəsə hadisə baş verəndə də, "yoxe, bilmirsiniz, hamısı Amerikanın işləridir", düşüncəsi meydanı və beyinləri zəbt edib.

Dünyada "Conspiracy theory" deyilən bir şey var. Azərbaycan dilinə tərcümə etsək təqribən "məxfi plan nəzəriyyəsi" kimi adlandıra bilərik. Məğzi odur ki, dünyada və ya ölkədə nə baş verirsə, versin onun gizli plan əsasında baş verdiyindən əmin olmaqdır.

Məsələn Türkiyədə zəlzələ oldu, geoloqlar deyir ki, Türkiyə üçün bu təbii hadisə normaldır. Və elmi əsasları da budur. Amma "məxfi plan nəzəriyyəsi"nə inananlar deyirlər ki, zəlzələni Amerika süni şəkildə düzəldir. Elmi tərəflərə getməyəcəyəm, onsuz da inanan öz bildiyinə inanır.

Və ya digər qrup deyir ki, Yer planeti yumru deyil. Heç bir peyk görüntüsünə, heç bir teleskopa da inanmayacaq. Bu kəslər üçün Hubbl Kosmik Teleskopu (Hubble Space Telescope (HST) oyuncaqdır, dəlillər isə boşdur. Halbuki, Hubbl Kosmik Teleskopunun ümumi maliyyə xərci təqribən 16 milyard ABŞ dollarıdır. Hər il də 100 milyon dollar vəsait xərclənir. Amma bu vacib deyil.

Cəmiyyət son zamanlar ümumiyyətlə adi, bəsit məqamları sevmir.

Adi şeyi də qəlizləşdirmək istəyir. Və ya gözü ilə gördüyü halda, o həqiqəti bir dövlət qurumu desə, təkrarlasa, ona inanmır. İnanmaq istəmir.

Səbəbi isə müxtəlifdir. Nə mən deyim, nə də siz sayın. Amma məsələ odur ki, bu gün Elgün İbrahimovun ölümü ilə bağlı rəsmi açıqlama yayımlandı. Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən həyatını itirib. Açıqlama yayılan kimi sosial şəbəkələrdə insanlar bunun həqiqət olmadığını, məsələnin üstünün ört-basdır olunduğu yazmağa başladılar.

Birincisi Allah Elgünə rəhmət eləsin, çox gənc idi. Adamın ürəyi ağrıyır. Allah yaxınlarına səbir versin.

Təəssüf ki, insanların küyə getməsi və ya kimlərisə küyə aparması daha ağır nəticələrə gətirib çıxara bilər. Bunun qarşısını isə dövlət qurumları almalıdır. Ya dövlət qurumları ictimaiyyətlə daha düzgün, sürətli və peşəkar əlaqə qurmalıdır, ya da nəsə etməlidir ki, insanımız dövlət qurumlarının dediyinə etibar etsin, güvənsin və inansın. Əgər tədbirlər görülməsə yenə ortalığa "Nigarlar" düşəcək, "WhatsApp"la səslər yayılacaq, yenə aləm bir-birinə dəyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri