Icma.az
close
up
RU
İnsanlar yuxuda niyə danışır?

İnsanlar yuxuda niyə danışır?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yuxuda danışmaq, istər bir sözlə, istərsə də uzun cümlələrlə olsun, göründüyündən daha geniş yayılmış bir haldır. Ancaq bu qədər tez-tez baş verməsinə baxmayaraq, alimlər hələ də onun səbəbini tam aydınlaşdıra bilməyiblər.

Qaynarinfo xəbər verir ki, çox vaxt yuxuda danışmağın konkret səbəbi olmur. Əgər kimsə sizə yuxuda danışdığınızı deyibsə, narahat olmağa ehtiyac yoxdur: çünki tək deyilsiniz. 

Tədqiqatlar göstərir ki, hər üç nəfərdən ikisi həyatında ən azı bir dəfə yuxusunda danışıb. Bu göstərici uşaqlarda daha yüksəkdir, çünki onların inkişaf prosesi davam etdiyi üçün yuxu ilə oyanıqlıq arasındakı keçid dalğalı ola bilər. Bundan əlavə, uşaqlar REM yuxu fazasında daha çox vaxt keçirir. Digər parasomniya növlərində olduğu kimi, yuxuda danışma da zaman-zaman bu fazanın təbii hissəsi kimi özünü göstərə bilər.

Böyüklərdə isə yuxuda danışma daha nadirdir. Təxminən hər 20 böyükdən biri vaxtaşırı bu halı yaşayır. Nisbətən aşağı görünsə də, tamamilə istisna hal sayıla bilməz.

Bəzi psixoloji amillər yuxuda danışma riskini artıra bilər: narahatlıq pozuntuları, depressiya və ya travmadan sonrakı stress pozuntusu bunlar arasındadır. Lakin mütəxəssislərə görə ən mühüm faktor genetika faktıdır. Ailədə yuxuda danışma, dişləri gıcırdatma, qorxulu yuxular görə və ya lunatiklik kimi əlamətlər varsa, sizdə də oxşar davranışların görünmə ehtimalı artır. Stress də təkan verən amillərdən biridir. Beyin gündəlik həyatın təzyiqlərindən yorulduqda, yuxuya keçid çətinləşə bilər. Bundan əlavə, yüksək qızdırma, spirtli içkilər, bəzi antidepressanlar, astma dərmanları və ya yuxu dərmanları da bu hala səbəb ola bilər.

Ümumiyyətlə, yuxuda danışma zərərsiz sayılır və nə insanın öz yuxusuna, nə də ümumi sağlamlığına ciddi təsir göstərmir. Ancaq bəzi hallarda, altda yatan digər yuxu pozuntularına işarə edə bilər. Xüsusilə lunatikliklə birlikdə müşahidə edilirsə və ya REM davranış pozuntusu (RDB) kimi xəstəliklərlə əlaqəli olarsa, riskli hallar yarana bilər. RDB sadə danışıqlarla başlayaraq, zamanla qışqırma, hərəkət etmə və ya fiziki ziyan vura biləcək davranışlara çevrilə bilər.

Hal-hazırda yuxuda danışmanı tamamilə aradan qaldıracaq dəqiq bir müalicə üsulu yoxdur. Çünki bu halın səbəbi hələ də tam aydın deyil. Lakin mütəxəssislər yuxu rejiminə riayət etməyin əlamətləri yüngülləşdiyini deyir. Hər gün eyni saatda yatmağa çalışmaq, axşam saatlarında kofeindən çəkinmək, ekranlardan uzaq durmaq, balanslı qidalanmaq və idman etmək yaxşı bir başlanğıc ola bilər. Əgər bütün bu tədbirlərə baxmayaraq səhərlər yenə də yorğun oyanırsınızsa, mütəxəssisə müraciət etmək faydalı olar.

Serial və filmlərdə tez-tez rast gəlinən "yuxuda danışan insanların sirlərini açıb qoyduğu" səhnələr isə elmi cəhətdən real deyil. 2017-ci ildə aparılan bir tədqiqatda 200-dən çox insanın təxminən 900 yuxuda danışma yazısı təhlil edilib. Nəticələr göstərdi ki, danışıqların üçdə ikisi əslində heç söz də ehtiva etmirdi. Başa düşülən ifadələrin çoxu "yox" kimi qısa cavablar, suallar və bəzən söyüşlərdən ibarət idi. Yəni bu monoloqlar daha çox şüursuz mübahisəyə bənzəyir.

Üstəlik, bu danışıqların məzmunu nə danışan tərəfindən xatırlanır, nə də dinləyənlər tərəfindən aydın şəkildə başa düşülə bilir. Buna görə də yuxuda danışmanın sirləri açdığına dair inam, əslində reallıqdan çox bir əfsanəyə əsaslanır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Avqust 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri