Icma.az
close
up
RU
İnsanlar sevgini dizlərdə, qəzəbi ayaqda hiss ediblər

İnsanlar sevgini dizlərdə, qəzəbi ayaqda hiss ediblər

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Mesopotamiya dövrünə aid mətnlərin təhlili duyğuların qədim dövrlərdə bədənin fərqli yerlərində hiss edildiyini üzə çıarıb.

“The İndependent” nəşri xəbər verir ki, Helsinki Universitetindən Saana Svard və onun rəhbərlik etdiyi tədqiqat qrupu eradan əvvəl 934-612-ci illərə aid Yeni Assuriya İmperiyasına məxsus mixi yazı mətnlərini araşdıraraq maraqlı nəticələr əldə edib.

“iScience” jurnalında dərc olunan araşdırmada, qədim Mesopotamiya xalqlarının duyğuları bədənin müasir insanlardan fərqli hissələrində hiss etdikləri aşkarlanıb.

Tədqiqatçılar 1 milyona yaxın sözü təhlil edərək, həmin dövrdə duyğuların hansı bədən orqanları ilə əlaqələndirildiyini müəyyənləşdiriblər. Onların araşdırması göstərir ki, assuriyalılar bəzi duyğuları müasir insanlardan fərqli yerlərdə hiss ediblər. Məsələn, sevgini dizlərdə, ciyərlərdə və ürəkdə, qəzəbi isə daha çox ayaqlarda hiss edirmişlər. Halbuki müasir dövrdə insanlar sevgini ürəkdə, qəzəbi isə bədənin yuxarı hissəsində və ya əllərdə hiss etdiklərini bildirirlər.

Müasir insanlarla qədim assuriyalıların duyğularla bağlı bədən xəritəsi müqayisə edildikdə müəyyən oxşarlıqlar da ortaya çıxıb. Məsələn, həm müasir insanlar, həm də assuriyalılar ürəkdə qürur, sinədə isə kədər hiss etdiklərini göstəriblər. Bununla belə, assuriyalılar xoşbəxtliyi qaraciyərdə də hiss etdiklərini qeyd ediblər ki, bu da müasir dövrün anlayışından fərqlənir.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, həmin dövrdə anatomiyaya dair ümumi anlayış mövcud idi. Assuriyalılar ürək, qaraciyər və ağciyərlərin bədəndəki funksiyalarını müəyyən qədər bilirdilər. Bununla belə, qadın və kişi orqanları ilə bağlı məlumatların eyni səviyyədə olmaması diqqət çəkib. Araşdırmada istifadə olunan bədən xəritəsi əsasən kişi anatomiyasına əsaslanıb. Qrup üzvləri qeyd ediblər ki, bu, elmi çatışmazlıq olaraq qəbul olunmalıdır. Bildirilir ki, bu nəticələr insan təcrübələrinin zamanla necə dəyişdiyini öyrənmək baxımından dəyərlidir.

Saana Svard diqqətə çatdırıb ki, insanların hansı emosional təcrübələrin həmişə eyni bədən hissəsində hiss olunub-olunmaması haqqında daha çox məlumat əldə etmək vacibdir.

Elm adamları bildirirlər ki, bu mətnlərdəki məlumatlar müasir dövrdə insanlardan alınan birbaşa məlumatlardan fərqlidir, çünki mətnlər yazılı mənbələrə əsaslanır və fərdi təcrübələrdən daha çox ümumi anlayışı əks etdirir.

Bu tədqiqat qədim mədəniyyətlərin duyğuları necə hiss etdiklərini və təsvir etdiklərini öyrənməyə yeni bir perspektiv gətirir. Nəticələr göstərir ki, duyğuların bədəndəki yeri ilə bağlı təsəvvürlər təkcə bioloji deyil, həm də mədəni amillərlə əlaqəlidir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri