Icma.az
close
up
RU
İnsanlarda 30 yaş sindromu: Psixoloq çıxış yolunu belə görür

İnsanlarda 30 yaş sindromu: Psixoloq çıxış yolunu belə görür

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İnsanlar həyatlarının müəyyən dövrlərində yaşla bağlı gözləntilərin və cəmiyyətin yaratdığı təzyiqlərin təsiri altına düşə bilirlər. Xüsusilə 30 yaşa yaxınlaşdıqca bir çoxları indiyədək əldə etdiklərini, karyerasını, maddi vəziyyətini və şəxsi həyatını yenidən dəyərləndirməyə başlayır. Bu zaman özlərini başqaları ilə müqayisə edir, həyatlarında nələrəsə gecikdiklərini düşünürlər.

Cəmiyyətdə 30 yaşa qədər ailə qurmaq, yaxşı iş sahibi olmaq, maddi müstəqillik əldə etmək və müəyyən uğurlara nail olmaq kimi gözləntilər mövcuddur. Bu düşüncələrə uyğunlaşa bilməyən insanlarda isə narahatlıq, özünə inamsızlıq və uğursuzluq hissi yarana bilər.

Bəs əslində həyatın yeni mərhələsi hesab olunan 30 yaş niyə bəzi insanlar üçün gecikmişlik və fürsətləri itirmək qorxusuna çevrilir?

Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında pedaqoq-psixoloq Zeynəb Əyyubova bildirib ki, 30 yaşa qədər hər şeyə nail olmaq düşüncəsi insanlara psixoloji təzyiq yaradır:

"İlk növbədə qeyd etmək istəyirəm ki, 30 yaşın özü psixoloji böhran yaratmalı olan yaş deyil. Burada əsas məsələ insanın yaşı deyil, həmin yaşa qədər özündən və həyatından gözləntiləridir. Cəmiyyət bizə müəyyən yaşlarda nələrə nail olmalı olduğumuzla bağlı görünməz bir zaman cədvəli təqdim edir. Məsələn, müəyyən yaşda ailə qurmaq, karyera sahibi olmaq, maddi müstəqillik əldə etmək və sosial status qazanmaq kimi gözləntilər formalaşdırılır. İnsan zaman keçdikcə bu qəlibləri mənimsəyir və öz həyatını həmin meyarlarla qiymətləndirməyə başlayır".

Psixoloq hesab edir ki, sosial şəbəkələrdəki mükəmməl həyat görüntüləri psixoloji təzyiq yaradır:

"Nəticədə, əldə etdiyi uğurları görmək əvəzinə, hələ nail olmadığı məqamları düşünür. Bu da onda yetərsizlik, geridə qalmaq və uğursuzluq hissi yaradır. Əslində, insanın öz həyatını dəyərləndirməsi normaldır, lakin bu dəyərləndirmə özünü ittiham etməyə çevrildikdə psixoloji təzyiq yaranır. Bu prosesdə sosial müqayisənin də böyük rolu var. Xüsusilə sosial şəbəkələr insanların həyatını bir-biri ilə müqayisə etməsini daha da artırıb. Biz başqalarının uğurlarını, xoşbəxt anlarını, ailə həyatını, karyera nailiyyətlərini görürük, amma onların yaşadığı çətinlikləri, qorxuları, uğursuzluqları və daxili mübarizələrini görmürük. Beləliklə, insan başqasının həyatının ən yaxşı tərəflərini öz həyatının bütün reallığı ilə müqayisə edir. Bu isə ədalətli müqayisə deyil".

Zeynəb Əyyubova qeyd edib ki, digər tərəfdən, 30 yaşa yaxınlaşdıqca insanda zamanın keçməsi ilə bağlı fərqindəlik artır:

"İnsan artıq əvvəlki seçimlərinə, verdiyi qərarlara və gələcək planlarına daha ciddi yanaşmağa başlayır. Bəzən düşünür ki, müəyyən fürsətləri qaçırıb və ya bəzi qərarları daha əvvəl verməli idi. Burada əsas psixoloji mexanizmlərdən biri itirilmiş imkanlara fokuslanmaqdır. İnsan sahib olduqlarından çox, sahib ola bilmədiklərini düşünür".

Psixoloqun fikrincə ən böyük problemlərdən biri uğurun yalnız xarici göstəricilərlə ölçülməsidir:

"Cəmiyyətdə uğur çox vaxt yaxşı vəzifə, yüksək gəlir, ev, avtomobil və ailə qurmaqla əlaqələndirilir. Halbuki insanın emosional yetkinliyi, özünü tanıması, sağlam münasibətlər qurması, şəxsi sərhədlərini müəyyənləşdirməsi və daxili rahatlığı da uğurun mühüm göstəriciləridir".

Pedaqoq-psixoloq əlavə edib ki, bu mərhələdə insan ilk növbədə öz məqsədləri ilə cəmiyyətin ondan gözlədiyi məqsədləri ayırd etməlidir:
"Çünki bəzən insan həqiqətən istədiyi üçün deyil, gecikmiş görünməmək üçün ailə qurur, iş seçir və ya müəyyən qərarlar verir. Bu cür qərarlar isə uzunmüddətli perspektivdə narazılıq və daxili konflikt yarada bilər.

Unutmaq olmaz ki, hər kəsin həyat yolu, başlanğıc nöqtəsi, imkanları və inkişaf tempi fərqlidir. Kiminsə 25 yaşında əldə etdiyi nailiyyətə başqa biri 35 yaşında çata bilər. Bu, həmin insanın gecikdiyi və ya uğursuz olduğu anlamına gəlmir. Həyatın bütün mərhələlərində yenidən başlamaq, istiqamət dəyişmək, yeni məqsədlər müəyyənləşdirmək mümkündür.

Əgər insan bu yaş dövründə davamlı narahatlıq, özünü dəyərsiz hiss etmə, gələcəklə bağlı güclü qorxu və başqaları ilə müqayisə səbəbindən gündəlik həyatında çətinlik yaşayırsa, psixoloji dəstək almaq faydalı ola bilər".

O vurğulayıb ki, 30 yaş insanın nəyəsə gecikdiyi bir mərhələ deyil:

"Əksinə, insanın özünü daha yaxşı tanıdığı, prioritetlərini müəyyənləşdirdiyi və həyatına daha şüurlu yanaşmağa başladığı bir dövr ola bilər. Biz həyatımızı başqalarının zaman cədvəlinə uyğun yaşamağa çalışdıqca özümüzü daim geridə qalmış hiss edəcəyik. Halbuki həyat yarış deyil. Əsas məsələ müəyyən yaşa qədər nələr əldə etdiyimiz yox, özümüz üçün nə dərəcədə mənalı və istədiyimiz bir həyat qurduğumuzdur".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri