Icma.az
close
up
RU
İnsanlardan çox qütb ayılarının yaşadığı bu adada yaşamaq mümkündürmü?

İnsanlardan çox qütb ayılarının yaşadığı bu adada yaşamaq mümkündürmü?

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

7 mart 2025-ci ildə dərc edilən Prezident fərmanı ilə Türkiyə Şpitsbergen (Svalbard) müqaviləsini rəsmi olaraq qüvvəyə mindirib. Bu müqavilə Türkiyə vətəndaşlarına Svalbard arxipelaqında mülk sahibi olmaq hüququ verir. Lakin Svalbardda yaşayış şəraiti asan deyil.

Qütb ayılarının sayının insanlardan çox olduğu bu adada hava şəraiti də kifayət qədər sərtdir. Burada ölmək belə demək olar ki, qadağandır. Çünki adada yaşayanların sağlamlığını qorumaq üçün çoxlu qaydalar var.

Bəs Svalbardda həyat necədir? Oraya çatan insanları nə gözləyir?

Sfera.az bu barədə maraqlı yazı təqdim edir.

Norveçin bir hissəsi olan Svalbard arxipelaqı Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi kimi tanınır.

Arktik Dairədən təxminən 1300 kilometr şimalda yerləşən arxipelaq kimi tanınır. Svalbardın ümumi səth sahəsi təxminən 61.022 km²-dir, bunun 60 %-i buzlaqlarla örtülüdür.

Svalbardda həyat sərt iqlim şəraitinə görə olduqca çətindir.

Qış aylarında havanın temperaturu -20°C-ə qədər düşə bilər, uzun müddət qaranlıq olur. Yayda temperatur 5-10°C arasında dəyişir və 24 saat günəş işığı olur. Adada təxminən 2500 insan yaşayır, əhalinin əksəriyyəti Longyearbyendə cəmləşib.

Yaşayış məntəqələri arasında yol əlaqəsi yoxdur.

Nəqliyyat adətən qar arabaları, təyyarələr və qayıqlarla təmin edilir. Svalbard hava limanı əsas nəqliyyat mərkəzidir.

Bölgədəki iqtisadi fəaliyyətlərə kömür hasilatı, kəşfiyyat və turizm daxildir.

Svalbard Qlobal Toxum Anbarı və Svalbard Universitet Mərkəzi yerli iqtisadiyyatda mühüm rol oynayır. “Norwegian Store Norske” və “Russian Arktikugol” regionda fəaliyyət göstərən əsas mədən şirkətləridir.

Onu da xatırlamaq lazımdır ki, Svalbardda Norveçin digər hissələri kimi hərtərəfli sosial təminat sistemi yoxdur.

Svalbardda yaşamaq istəyənlər özlərini təmin edə bilməlidirlər, çünki işsizlik müavinəti, sosial yardım və ya dövlət tərəfindən maliyyələşdirilən tibbi sığorta xidmətləri yoxdur.

Beləliklə, bura köçənlərin işləyə bilməsi və öz sağlamlıq sığortası olması gözlənilir.

Əgər işinizi itirsəniz və ya ciddi sağlamlıq probleminiz yaranarsa, Norveçə qayıtmalı ola bilərsiniz.

Yeri gəlmişkən, Qütb ayısının əhalisi də insan əhalisini üstələyir. 

Svalbardda təxminən 2500 insan yaşayır, lakin qütb ayılarının sayı 3000-ə yaxındır! Ona görə də yaşayış məntəqələrindən kənara çıxmaq istəyənlərdən silah gəzdirmələri tələb olunur. Qütb ayıları qorunduğundan, silahlar yalnız özünümüdafiə üçün istifadə edilə bilər.

Burada ölmək belə qadağandır!

Svalbardda doğum və ölmək texniki olaraq qadağandır. Adada xəstəxana var, lakin ağır hallarda insanlar Norveçə göndərilir. Əslində donmuş torpaq meyitlərin çürüməsinə imkan vermədiyi üçün burada dəfn belə mümkün deyil.

Svalbard adasına vizasız daxil ola bilərsiniz. Amma bir şərt var...

Burada yaşamaq üçün özünüzü maddi cəhətdən təmin edə biləcəyinizi sübut etməyiniz gözlənilir.

Xanım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Mart 2025 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri