Icma.az
close
up
RU
İnsanların əhvali ruhiyyəsinin günlük və həftəlik dəyişkənliyi araşdırılıb TƏDQİQAT

İnsanların əhvali ruhiyyəsinin günlük və həftəlik dəyişkənliyi araşdırılıb TƏDQİQAT

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 fevral, AZƏRTAC

İngiltərədə aparılan yeni bir tədqiqat göstərir ki, insanların əhvali-ruhiyyəsi günün və həftənin müxtəlif dövrlərində dəyişir. Tədqiqatçıları tərəfindən həyata keçirilən bu araşdırmada iki il ərzində 50 minə yaxın insanın 1 milyona yaxın məlumatı təhlil edilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, araşdırma çərçivəsində günün müxtəlif saatlarının və həftənin fərqli günlərinin xoşbəxtlik, həyatdan məmnunluq, depressiya, narahatlıq və tənhalıq kimi faktorlarla əlaqəsi öyrənilib. Nəticələr göstərib ki, insanlar səhər saatlarında daha çox müsbət emosiyalar yaşayır, lakin bu emosiyalar gün ərzində tədricən azalır. Həftəlik dəyişikliklərə nəzər yetirildikdə məlum olub ki, bazar ertəsi və cümə günlərində xoşbəxtlik və həyatdan məmnunluq səviyyəsi bazar gününə nisbətən daha yüksək olur. Digər tərəfdən, çərşənbə axşamı və çərşənbə günləri səhər saatlarında depressiya və narahatlıq əlamətlərinin daha çox müşahidə edildiyi müəyyən edilib. Bu əlamətlərin gündüz saatlarında azaldığı, lakin gecəyə doğru yenidən artdığı qeydə alınıb.

Tədqiqat, həmçinin mövsümi dəyişikliklərin psixi vəziyyətə təsirini də araşdırıb. Məlum olub ki, qış aylarında mənfi emosiyalar daha çox, müsbət emosiyalar isə daha az olur. Bununla belə, gün ərzində baş verən emosional dəyişikliklər fəsillər arasında ciddi fərq göstərməyib. Alimlər insanın psixi vəziyyətində gün ərzində baş verən dəyişikliklərin bədəndəki hormonal ritmlərlə əlaqəli olduğunu bildiriblər. Kortizol hormonu – qorxu, motivasiya və əhvali-ruhiyyəyə təsir edən əsas hormonlardan biri – səhər saatlarında daha yüksək səviyyədə ifraz olunur və yatmağa yaxın vaxtlarda minimum səviyyəyə enir.

Bu tədqiqatın nəticələri nüfuzlu “BMJ Mental Health” jurnalında dərc edilib və insan psixologiyasının tədricən necə dəyişdiyini daha yaxşı anlamağa töhfə verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri