“İnsanların nə yeyəcəyinə kim qərar verirsə, onların kimə çevriləcəyinə də o qərar verir” İQTİSADÇI
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qlobal qida sektorunu idarə edənlər əslində dünyanı idarə edir. Çünki qida insanın sağlamlığını, davranışını, məhsuldarlığını və hətta demoqrafik gələcəyini formalaşdıran ən strateji təsirvasitəsidir.
Qidada olan əlavələr, hormonlar, yüksək şəkər və trans-yağlarla doldurulmuş istehsal sonsuzluq hallarının artmasına, mənəvi və əxlaqi deqradasiyanın güclənməsinə, xroniki xəstəliklərin çoxalomasına, nəticədə isə dərman sənayesinin qazancının yüksəlməsinə səbəb olan böyük sistemin parçasıdır”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Bu sistemin ən təhlükəli tərəfi isə odur ki, o insanı uzunmüddətli asılılıqda saxlayan görünməz mexanizm yaradır. Nəticədə asılılıq, hormonal pozuntular, psixoloji zəifləmə və cansıxıcı həyat tərzi insanı həm bioloji, həm də mənəvi olaraq zəiflədir. Zəif insan isə bazarın və siyasətin ən rahat idarə olunan hədəfinə çevrilir.
Əlqərəz, insanların nə yeyəcəyinə kim qərar verirsə, onların kimə çevriləcəyinə də o qərar verir. Buna görədə strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir, o artıq qlobal qərar mərkəzlərində hazırlanır”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 11 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















