Icma.az
close
up
RU
İnsanların ömrü qısalmaqda davam edir ARAŞDIRMA

İnsanların ömrü qısalmaqda davam edir ARAŞDIRMA

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 29 avqust, AZƏRTAC

Yeni elmi araşdırmaya görə, 1939-cu ildən sonra doğulanların orta hesabla 100 yaşa qədər yaşaması az ehtimal olunur.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, “PNAS” jurnalında dərc olunan araşdırma ilə bağlı yüksək gəlirli və ölüm göstəriciləri aşağı olan 23 ölkənin uzunömürlülük statistikası təhlil edilib. Tədqiqatçılar “Human Mortality Database” məlumatlarından və altı fərqli ölüm proqnozlaşdırma metodundan istifadə edərək müəyyənləşdiriblər ki, ötən əsrin əvvəlində əldə olunan uzunömürlülük artımı son onilliklərdə xeyli zəifləyib.

Amerika Birləşmiş Ştatlarının Viskonsin Medison Universitetindən olan tədqiqatın həmmüəllifi Hektor Pifarrei Arolas bildirib ki, XX əsrin ilk yarısında əldə edilən misilsiz ömür uzunluğu artımı yaxın gələcəkdə təkrarlanması çətin olan bir məsələdir. O, əlavə edib ki, insanın ömrünü nəzərəçarpacaq dərəcədə uzadan irəliləyişlər əldə olunmadığı halda, hətta yetkin yaşda sağqalma tempi iki dəfə artsa belə, ömür uzunluğu əvvəlki sürətlə davam etməyəcək.

Məlumata görə, 1900-1938-ci illərdə hər yeni nəsildə ömür uzunluğu orta hesabla 5,5 ay artırdı. 1900-cü ildə yüksək gəlirli ölkələrdə doğulan bir insanın orta ömrü 62 il olduğu halda, cəmi 38 il sonra, 1938-ci ildə bu göstərici artıq 80 ilə çatmışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri