“İnsanların şəxsi həyatını müzakirə predmetinə çevirmək daxili gücsüzlüyün göstəricisidir” Deputat
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sosial mediada təhqir ritorikasının cəmiyyətimizdə bu qədər geniş yayılması həqiqətən də çox üzücüdür. Hər hansı bir hadisəni tənqid etmək sağlam cəmiyyətin göstəricisidir, lakin təhqirə keçmək, insanların şəxsi həyatını müzakirə predmetinə çevirmək və klaviatura arxasında qəhrəmanlıq nümayiş etdirmək, əslində, daxili gücsüzlüyün göstəricisidir”.
Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.
O bildirib ki, özünə güvənən insan başqalarını alçaltmaqla deyil, öz əməli, davranışı və cəmiyyətə verdiyi fayda ilə ön plana çıxmağa çalışar: “Qarşısındakı insana kobud sözlər deməklə heç kimin yüksəlmədiyini anlayar. Ümid edirəm ki, yeni qəbul olunmuş hüquqi normalar bu sahədə də öz təsirini göstərəcək və əsassız təhqir, alçaldıcı ifadələr işlədən şəxslər məsuliyyətdən kənarda qalmayacaq. Necə ki, real həyatda qaydaları pozduqda cərimə və məsuliyyət anlayışı mövcuddur, eyni yanaşmanın sosial münasibətlərdə də tətbiqi ədalətin və mədəniyyətin qorunması baxımından vacibdir. Təsəvvür edin ki, heç bir qayda və məsuliyyət mexanizmi olmasa, hər kəs avtomobili istədiyi kimi idarə etsə, küçəni istədiyi yerdən keçsə, ümumi nizam necə pozular? Sosial münasibətlər də eyni prinsiplərlə tənzimlənməlidir. Hörmət, etik davranış və məsuliyyət cəmiyyətin sağlam gələcəyinin əsas şərtləridir”.
(pravda)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 30 Yanvar 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















