Icma.az
close
up
RU
İnsanlığa xidmətin ünvanı TƏBİB və Yeni Klinika

İnsanlığa xidmətin ünvanı TƏBİB və Yeni Klinika

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyənin gücü yalnız müasir tibbi avadanlıqlarla deyil, insan həyatına verilən dəyərlə, həkimlərin peşəkarlığı və tibb işçilərinin mənəvi keyfiyyətləri ilə ölçülür. Bu günlərdə bir yaxınımın səhhətində yaranmış problemlə əlaqədar yolum TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikaya düşdü. Bu tibb müəssisəsi haqqında əvvəllər də eşitmişdim. Ancaq necə deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Yeni Klinikada gördüklərim, xəstəyə münasibət, tibbi xidmətin təşkili, təmizlik və nizam-intizam məndə xoş təəssürat yaratdı. Bu yazını da məhz həmin təəssüratların, gördüyüm diqqət və qayğının doğurduğu səmimi minnətdarlıq hissinin ifadəsi kimi qələmə alıram.

Bizi ilk olaraq qeydiyyat bölməsinin əməkdaşı Aysel Nəsirova qarşıladı, qeydiyyat prosesini həyata keçirdi və xəstənin müvafiq şöbəyə yönləndirilməsinə kömək göstərdi. İlk təmasın nə qədər əhəmiyyətli olduğunu hər kəs yaxşı bilir. Xüsusilə, səhhətindən narahat olan insan və onun yaxınları üçün aydın məlumat, operativ istiqamətləndirmə və nəzakətli münasibət böyük əhəmiyyət daşıyır.

Daha sonra Xəstə xidmətləri şöbəsinin müdiri Oktay Süleymanova yönləndirildik. Xəstənin vəziyyəti müasir tibbi avadanlıqların köməyi ilə dəqiqləşdirildikdən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşdirildi və bizi Ümumi cərrahiyyə şöbəsinin müdiri, həkim-ümumi cərrah Elşən Qədimovun qəbuluna göndərdilər. Xəstəmiz qadın olduğundan onun əməliyyata hazırlanması mərhələsində göstərilən diqqət və qayğı mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Elşən Qədimovun köməkçisi Aysel Məmmədova xəstənin əməliyyata hazırlanmasında yüksək nəzakət və həssaslıq nümayiş etdirdi. Onun xəstəyə mənəvi dəstək göstərməsi, narahatlığını azaltmağa çalışması, qayğıkeş davranışı həqiqətən təqdirəlayiq idi. Bu münasibətdə yalnız peşə borcunu yerinə yetirən əməkdaşın məsuliyyətini deyil, insanın ağrısını və narahatlığını anlayan bir şəxsin səmimiyyətini də hiss etmək mümkün idi. Şükürlər olsun ki, əməliyyat uğurla başa çatdı.

Yeni Klinikada qarşılaşdığım xidmət səviyyəsi və əməkdaşların münasibəti məndə müəssisənin rəhbərliyi ilə də tanış olmaq istəyi yaratdı. Bu məqsədlə klinikanın direktoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova ilə görüşmək qərarına gəldim. Onun bizimlə rəftarı, nümayiş etdirdiyi nəzakət və mənəvi keyfiyyətlər diqqətimi çəkdi. Rəhbərin insanlarla ünsiyyəti, xüsusilə, xəstə və onun yaxınlarına münasibəti, idarə etdiyi kollektivin ümumi mühitinə dair də müəyyən təsəvvür yaradır.

Yeni Klinikada diqqətimi çəkən məqamlardan biri də təhlükəsizlik məsələsinə verilən önəm oldu. Müasir tibb müəssisəsində təhlükəsizlik yalnız texniki vasitələrdən ibarət deyil, burada nizam-intizam, məsuliyyət, operativlik və insanların rahatlığının qorunması da mühüm rol oynayır. Bu sahə ilə maraqlandıqda təhlükəsizlik şöbəsinin müdiri vəzifəsini icra edən Sərxan Babayev haqqında məlumat aldım və onun öz işinin peşəkarı olması məni sevindirdi. Çünki xəstələr, onların yaxınları və tibb personalının təhlükəsizliyinin təmin edilməsi səhiyyə müəssisəsinin ümumi fəaliyyətində xüsusi yer tutur.

Yeni Klinikada yaşadığım təcrübə məni TƏBİB-in fəaliyyəti barədə də düşünməyə vadar etdi. TƏBİB-in icraçı direktoru, tibb üzrə fəlsəfə doktoru Anar Bayramova, katibliyin rəhbəri Sahib Gülməmmədova və ixtisasçı xidmətlər şöbəsinin müdiri Turan İbrahimovaya, eləcə də, bu sistemdə çalışan bütün məsul şəxslər və əməkdaşlara təşəkkürümü, eyni zamanda, ölkəmizdə səhiyyənin inkişafı, tibbi infrastrukturun müasirləşdirilməsi və vətəndaşların sağlamlığının qorunmasına göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Amerikalı kardioloq Pol Uayta aid edilən bir fikir var: “Təcrübəli həkim üç əsas keyfiyyətə malik olmalıdır: insanlığa məhəbbət, elmi bilik və müəmmalı sirlərin açılmasına maraq”. Bu fikrin mahiyyəti olduqca düşündürücüdür. Həkimlik yalnız tibbi biliklərə yiyələnmək deyil, həm də insan həyatına sevgi, daim öyrənmək həvəsi və məsuliyyət tələb edən müqəddəs bir peşədir. Mən Yeni Klinikada qarşılaşdığım həkim və əməkdaşların fəaliyyətində bu keyfiyyətlərin təzahürünü gördüm.

Yeni Klinikadan ayrılanda  qəlbimdə minnətdarlıq hissi var idi. Arzu edirəm ki, ölkəmizdə səhiyyə müəssisələri daim inkişaf etsin, həkimlərimizin uğurları artsın, tibb işçilərimizin əməyi layiqincə qiymətləndirilsin, xəstələrimiz şəfa tapsın. Bu yolda çalışan hər kəsə, eləcə də, Anar Bayramov başda olmaqla, TƏBİB-in bütün əməkdaşlarına möhkəm cansağlığı, fəaliyyətlərinə uğurlar, xalqımıza isə sağlam və firavan həyat arzulayıram.

Rauf Aslanov,

Azərbaycan Yazıçılar Birliyi sədrinin Baş müşaviri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri