Icma.az
close
up
RU
İnsanlığın ayağa qalxdığı an Şahanə Müşfiq yazır

İnsanlığın ayağa qalxdığı an Şahanə Müşfiq yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rafael HÜSEYNOV
Akademik

Yüz illər boyunca filosoflar, tarixçilər, alimlər bu sual ətrafında düşünüblər: "Mədəniyyət nədir və haradan başlayır?"

Kimisi bu başlanğıcı ilk alətlərlə bağlayıb - daşdan yonulmuş bıçaqlar, gil qablar, odu kəşf edən əllər... Kimisi isə bu anlayışı cəmiyyətləri idarə edən qanunlardan, yazıdan, memarlıqdan, iqtisadi münasibətlərdən başlayaraq izah etməyə çalışıb. Amma bu sadə, bir qədər də fəlsəfi suala verilmiş qeyri-adi cavab bizi daha dərin həqiqətlə qarşı-qarşıya qoyur. Hansı cavabdır o? Oxumağa davam edək:

Deyilənə görə, bir gün tələbələrindən biri tanınmış amerikalı antropoloq Marqaret Meaddan soruşur: "Bir cəmiyyətdə sivilizasiyanın - mədəniyyətin ilk əlaməti nədir?"

Tələbə klassik cavablar gözləyir: balıq tilovu, gil qab, daş dəyirman, bəlkə də yazı, təkər və sair...

Amma müəllimi Meadın cavabı gözlənilməz olur: "Qırılmış, amma sonradan sağalmış bir bud sümüyü (femur)".

Bud sümüyü? Axı sümük nədir? Tarix kitablarında adı çəkilmir, muzey ekspozisiyasında sərgilənmir, zamanın "böyük kəşfləri" arasında isə heç yoxdur. Bəs sümük necə mədəniyyət əlaməti ola bilər? Daha doğrusu, ilk əlaməti?

Gəlin, Meadın o maraqlı və fərqli izahına birgə nəzər salaq:

"Təbiətdə bir canlının ayağı sındısa, o, ölür. Ayağı sınan heyvan qaça, ov edə, su içə bilməz. Yəni yaşamaq üçün lazım olan təməl ehtiyaclardan məhrum qalar. Hələ bu azmış kimi, çox asanlıqla özündən güclülərin yeminə çevrilər. Heç bir heyvan başqa birinə yem olmamaq üçün onun sağalmağını gözləməz. Amma əgər bir insanın bud sümüyü qırılıb və sağalıbsa, deməli, kimsə o insana qulluq edib. Kimsə onu bir yerdən başqa yerə daşıyıb, təhlükələrdən qoruyub, yeməyini verib, suyunu içirib, ehtiyaclarını qarşılayıb, o, şəfa tapana qədər yanında qalıb".

Bax, mədəniyyət elə burada başlayır. İlk məktəb daşlarında yox, ilk qılıncda yox, ilk yazılı qanunda da yox. İlk mərhəmətdə, ilk şəfqətdə, ilk insani birlikdə başlayır mədəniyyət deyilən.

Hələ də düşünürsünüz ki, sivilizasiya nədir?

O, müasir texnologiya deyil. Göyük yeddinci qatına qədər ucalan binalar deyil. Böyük auditoriyalarda, nəhəng tribunalarda səslənən nitqlər, ya da dəyər vahidləri ilə ölçülən sənətlər deyil.

Əsl sivilizasiya bir yaralıya əl uzatmaqdır. Birinin ağrısına biganə qalmamaq, "mənə nə?" deməməkdir. Bəzən bir tikə çörəyi paylaşmaq, bəzən bir adamın əlini tutmaq, bəzən sadəcə susub onun yanında oturmaqdır.

Bugünkü dünyamızda, sosial şəbəkələrin hər kəsi "görünən" etdiyi bu dövrdə, etiraf edək ki, insanı "görmək" daha da çətinləşib. Eyni şəhərdə yaşadığımız insanlar bizə tanımadığımız, heç vaxt da tanımayacağımız qədər uzaq ola bilir. Birinin canı ağrıyır, amma biz bunun fərqinə belə varmır, varanda da "zamanım yoxdur" deyərək ötüb keçirik. Kiminsə ayağı sınır, amma biz "mənə nə dəxli?" deyirik. Halbuki əsl mədəniyyət məhz o zaman - "dayanıb baxmaq"la başlayır.

Marqaret Mead bizə sübut edir ki, sivilizasiyanı doğuran amil daş və dəmir deyil. Əsl dönüş nöqtəsi insana çevrilməkdir.

Əgər bir cəmiyyət öz zəiflərinə, yaralılarına, ehtiyacı olanlarına qucaq aça bilirsə, deməli, orada mədəniyyət var. Yox, əgər hər kəs yalnız öz rifahı üçün yaşayırsa, "mənə toxunmayan ilan min yaşasın" məntiqi ilə ömür sürürsə, kiminsə ayağı sınanda yanından ötüb keçirsə, orada hələ də "vəhşi təbiət" hökm sürür.

Zaman keçir, texnologiya sürətlə inkişaf edir, sərhədlər yenidən çəkilir, dillər unudulur, binalar uçur, millətlər tarixin tozlu səhifələrində gözdən itir, imperiyalar süqut edir...

Amma bir sümük qalır - sükut içində, əslində isə batinində bəşəriyyətə ən böyük dərsi verən pıçıltısı ilə: "Burada bir insanın canı ağrımışdı, onu tək buraxmadılar".

İnsanlığın insanlığa buraxacağı ən böyük irs bəlkə də budur: insanlığa dair sağalmış izlər...

Bəlkə də bu dünyada ən qiymətli əsər başqasının ağrısını yüngülləşdirmək üçün əyilmiş bir bel, uzanan bir əl, şəfqətli bir baxışdır. Çünki biz ən yaxşı halımızı başqasına xidmət etdiyimiz zaman göstəririk.

Mədəniyyət isə insanlığın ayağa qalxdığı andır!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 21 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri