Icma.az
close
up
RU
Zelenski Tramp planını imzalamağa məcbur edilə bilər Politoloq

Zelenski Tramp planını imzalamağa məcbur edilə bilər Politoloq

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Son məlumatlara görə, Ukrayna Prezidenti Volodimir Zelenski yeni Tramp planı ilə razılaşmaq niyyətindədir. Hətta məlumatlarda bildirilir ki, Zelenski yaxın günlərdə Amerika Birləşmiş Ştatlarında Tramp planını imzalamağa razılaşıb və onun bir çox müddəalarını da qəbul edib. İndi bu məlumatların hansı səviyyədə doğru olub-olmayacağı yəqin ki, yaxın günlərdə aydınlaşacaq. Ancaq Zelenski hakimiyyətinin indiki situasiyada ciddi müqavimət göstərmək imkanları yoxdur. Amerika Birləşmiş Ştatları Ukraynaya yeni Tramp planının qəbul edilməsi üçün sərt təzyiq göstərir. ABŞ ilə tərəfdaşlığı və müttəfiqliyi itirmək Ukrayna üçün ağır nəticələr verə bilər. Ona görə də rəsmi Kiyev bu önəmli faktoru nəzərə almaq məcburiyyətindədir".

Bu fikirləri Redaktor.az-a Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ və Avropa İttifaqı tərəfindən təqdim edilən sülh planları ilə bağlı gələcək addımlarını şərh edən politoloq Elçin Xalidbəyli bildirdi.

Onun sözlərinə görə, Ukraynanın hansı qərarı qəbul edəcəyi böyük ölçüdə Avropa ölkələrindən də asılıdır:

"Əgər Avropa ölkələrinin Ukraynaya dəstəyi davamlı xarakter alarsa, Avropa ölkələri prinsipial və qətiyyətli mövqe nümayiş etdirərsə, o zaman Ukrayna yeni Tramp planını imzalamaqdan imtina edə bilər. Ancaq əgər Avropa ölkələri də Amerika Birləşmiş Ştatlarının təzyiqi qarşısında geri çəkilərək yeni Tramp planı ilə razılaşarlarsa, o zaman Ukraynanın bu sənəd üzərindən sülh sazişi imzalamaqdan başqa çıxış yolu qalmaya bilər. Bu barədə son məlumatlar da göstərir ki, Avropa ölkələri yeni Tramp planını müzakirə etməyə hazır olduqlarını bəyan edirlər. Belə anlaşılır ki, Ukrayna Rusiyanın hazırlayıb Amerika Birləşmiş Ştatlarına təqdim etdiyi və Trampın müəlliflik etdiyi, kapitulyasiya aktı səviyyəsində olan bir sülh planına imza atmağa məcbur buraxılır. Və proses bu şəkildə davam edərsə, rəsmi Kiyevin bunu etməkdən başqa çıxış yolu qalmaya bilər. Ancaq bununla belə, böyük ehtimalla həmin sənəd imzalansa belə, uzunmüddətli və davamlı sülhün yaranma ehtimalı o qədər də yüksək deyil. Çünki Rusiyanın maraqları və şərtləri çərçivəsində hazırlanmış belə bir sülh planı Ukraynanın gələcək taleyini böyük risk altına qoyur. Buna görə də sənəd imzalansa belə, çox tezliklə müəyyən gərginliklərin və problemlərin ortaya çıxması ehtimalı olduqca yüksəkdir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri