İnstaqram televiziyalara gəlir
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İnstaqram televiziya platformalarına inteqrasiya olunur.
OLAY yazır ki, sosial şəbəkənin Apple TV-də yayıma başlaması və yaxın zamanda Netflix-də də əlçatan olması ilə bağlı yeniliklər açıqlanıb.
Yeni mərhələdə istifadəçilər instaqram kontentlərini televiziya ekranlarında, film və serial izlədikləri kimi izləyə biləcəklər.
Platformanın təqdim etdiyi yeniliklərdən biri də üfüqi video formatıdır. Artıq kontent yaradıcıları 90 dəqiqəyə qədər üfüqi videolar paylaşmaq imkanı əldə edəcəklər. Bu formatda hazırlanan videoların instaqram alqoritmi tərəfindən daha çox ön plana çıxarılması nəzərdə tutulur.
İnstaqram rəhbəri Adam Mosseri kontent yaradıcıları üçün yeni qazanc imkanlarından da danışıb. O, YouTube modelinə bənzər şəkildə, üfüqi videolar hazırlayan müəlliflərə gələcəkdə ödəniş edilməsinin mümkünlüyünü açıqlayıb.
Üfüqi video funksiyası ilkin olaraq ABŞ-də istifadəyə verilib. Yeniliyin mərhələli şəkildə digər ölkələrdə də əlçatan olması gözlənilir.
Bu dəyişikliklərlə instaqram qısa mobil videolar platforması olmaqdan çıxaraq uzunformatlı video məzmunu və televiziya auditoriyasını da əhatə edən daha geniş rəqəmsal ekosistemə çevrilməyi hədəfləyir.
Baxış sayı:76
Bu xəbər 03 Noyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















