Icma.az
close
up
RU
İNSULT zamanı ilk yardım. Hər kəs üçün VACİB MƏLUMAT!

İNSULT zamanı ilk yardım. Hər kəs üçün VACİB MƏLUMAT!

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsultun ilk simptomlarını və həkimə qədər ilk yardım qaydalarını hər bir insan bilməlidir. Bu çox vacibdir.

ABŞ və bir çox digər ölkələrdə hətta uşaqlara insultu aşkar etməyin qaydaları öyrədilir. Bu çox effektlidir. Adətən uşaqlar yaşlı insanlara tapşırılır və uşaqlar nənə və ya babanın vəziyyətində hər hansı dəyişikliyi gördükdə vaxtında "təcili yardım" çağıra bilərlər.

Saglamolun.az bildirir ki, insult baş verdikdən sonra ilk 3 saat ərzində xəstəni xilas etmək mümkündür. Daha sonra beyində geriyədönməz dəyişikliklər artmağa başlayır ki, insanda da əlil qalmaq və ya həyatını itirmək riski artır.

Yaşlı, artıq çəkisi, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet xəstəliyi olan, yaxın qohumları arasında infarkt və insult keçirmiş, siqaret çəkən insanlarda insultun riski daha çoxdur. Lakin nəzərə almaq lazımdır ki, insult hətta cavan və nisbətən sağlam insanlarda da inkişaf edə bilər.

İnsultun simptomları arasında:

- güclü baş ağrısı

- ani başgicəllənmə

- ani zəiflik

- bədənin bir tərəfində qol və ayaqda keyimə hissi

- üzün keyiməsi, əyilməsi

- görmənin, eşitmənin, nitqin pozulması

- bəzi hallarda bayılma

- ağır hallarda ürək fəaliyyətinin və nəfəsalmanın dayanması.

İnsultdan şübhələndikdə belə sadə testdən istifadə edin:

- insandan gülümsəməyi

- qollarını qaldırmağı

- öz adını, soyadını, yaşını və s. deməyi,

- dilini çölə çıxartmağı xahiş edin.

İnsult zamanı insan gülümsəyəndə ağzı əyilir, qollardan biri qalxmır və ya az qalxır, nitqi pozulmuş olur, dili əyri olur və ya ağzın bir tərəfinə düşür.

Bu simptomlardan heç olmasa biri müşahidə olunduqda:

1. Dərhal təcili yardım çağırın və dispetçerə insultdan şübhələndiyiniz haqda məlumat verin. Bu halda çağırışa nevroloq həkimi gələcək.

2. Xəstəni uzandırın. Xəstə hərəkət etməməlidir, bu onun vəziyyətini daha da ağırlaşdıracaq. Onun başı və çiyinləri ayaqlardan yuxarıda olmalıdır.

3. Otağın pəncərəsini açın, xəstənin nəfəsalmasını çətinləşdirən paltarları (kəmər və s.) çıxardın.

4. Həkimlər gələnə qədər xəstəyə su, dərman, qida və s. vermək olmaz.

5. Xəstəni həyacanlandırmayın və öz narahatçılıq və qorxunuzu ona göstərməyin. Xəstə üçün mümkün qədər sakit və rahat şərait yaradın.

Nevroloqun ilkin müayinəsindən sonra xəstə xəstəxanaya çatdırılmalı və dərhal kompüter tomoqrafiyasından keçməlidir. Diaqnoz təsdiq olunduqda insultun növündən asılı olaraq (işemik və ya hemorragik) xəstəyə dərhal xüsusi müalicə təyin olunur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri