Sürücülər üçün vacib MƏLUMAT
Icma.az bildirir, Milli.az portalına istinadən.
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarənin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, bayram günlərində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün sürücülərlə maarifləndirici görüşlər davam edir. Növbəti belə görüş Bakı Beynəlxalq Avtovağzalında təşkil olunub.
Tədbirdə bayram ərəfəsində yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.
"Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır. Qaydalara əməl edin, bayramı təhlükəsiz keçirin"-deyə müraciətdə bildirilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Mart 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















