Icma.az
close
up
RU
İntensiv yağışlardan daha təhlükəli havalar başlayır Azərbaycan hazır olmalıdır

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır Azərbaycan hazır olmalıdır

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə “El-Nino” hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir.
Planetimizi və Azərbaycanı nə gözləyir?
Bizim.Media xəbər verir ki, bu barədə Globalinfo.az-a “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova danışıb.
O deyib ki, “El-Nino” hadisəsi dünyanın müxtəlif bölgələrində yağıntı, külək və quraqlıq rejiminə təsir göstərə bilər:
“El-Nino”nun əsas təhlükəsi qlobal hava sistemlərində ciddi dəyişikliklərə səbəb olmasıdır. Bir regionda güclü istilik və quraqlıq müşahidə edilərkən, digər ərazilərdə intensiv yağışlar və daşqınlar baş verə bilər. Qlobal istiləşmə atmosferin daha çox su buxarı saxlamasına şərait yaradır. Bu isə həm quraqlıq dövrlərinin uzanmasına, həm də yağıntı zamanı daha intensiv leysanların yaranmasına səbəb ola bilər.
Nəticədə gələcəkdə yalnız daha isti hava yox, dəyişkən və ekstremal hava şəraiti ilə qarşılaşa bilərik. Daha uzun və intensiv isti dalğaları, quraqlıq, su çatışmazlığı, kənd təsərrüfatında məhsuldarlığın azalması, meşə və çöl yanğınlarının artması, bəzi ərazilərdə isə güclü leysan və daşqınlar əsas risklər sırasında olacaq”.
İ.Həsənova bildirib ki, Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır:
“Ölkənin böyük hissəsi quraq və yarı-quraq iqlim zonalarında yerləşir. Su ehtiyatlarının məhdudluğu, kənd təsərrüfatının iqlimdən asılılığı, Kür-Araz ovalığında quraqlıq riski və Xəzər dənizi hövzəsində baş verən dəyişikliklər iqlim risklərini artırır. “El-Nino”nun yaratdığı qlobal atmosfer dövranı dəyişiklikləri Avrasiya və Aralıq dənizi regionunda hava şəraitinə dolayı təsir göstərə bilər.
Buna görə “El-Nino” dövrünü Azərbaycanda avtomatik olaraq quraqlıq və ya güclü yağışla əlaqələndirmək düzgün deyil. Təsirin xarakteri konkret ilin atmosfer şəraitindən və digər iqlim amillərindən asılıdır. Azərbaycan üçün uzunmüddətli əsas təhlükə isə qlobal istiləşmədir. Temperaturun artması suya tələbatı və torpaqdan buxarlanmanı artıracaq, kənd təsərrüfatında suvarma ehtiyacını yüksəldəcək. Quraqlıq dövrlərinin uzanması Kür və digər su hövzələrinin su balansına əlavə təzyiq yarada bilər”.
Ekoloq qeyd edib ki, iqlim dəyişmələrinin ən ciddi təsirlərindən biri kənd təsərrüfatında hiss olunacaq:
“Yüksək temperatur və su çatışmazlığı məhsuldarlığı azalda, bitkilərin vegetasiya dövrünü dəyişə, zərərvericilərin yayılma arealını genişləndirə bilər. Bu səbəbdən suya qənaət edən texnologiyaların, müasir suvarma sistemlərinin və quraqlığa, eləcə də yüksək temperatura davamlı bitki sortlarının tətbiqi əhəmiyyətini artıracaq.
Su təhlükəsizliyinin təmin edilməsi, ekosistemlərin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi də əsas prioritetlərdən olmalıdır. İqlim dəyişmələrinin qarşısını tamamilə almaq mümkün olmasa da, onların ağır nəticələrini azaltmaq və risklərə əvvəlcədən hazırlaşmaq mümkündür”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Sentyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri