Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Hava ilə bağlı daha bir xəbərdarlıq: İntensiv yağışlardan sonra...

Hava ilə bağlı daha bir xəbərdarlıq: İntensiv yağışlardan sonra...

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqlim dəyişiklikləri ilə bağlı yeni araşdırma narahatedici nəticələr ortaya qoyub. Məlumata görə, son 40 ildə “El-Nino” hadisəsinin intensivliyi təxminən 40 faiz artıb və bunun əsas səbəblərindən biri qlobal istiləşmədir.

Planetimizi və Azərbaycanı nə gözləyir?

Avtosfer.az bildirir ki, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, “El-Nino” hadisəsi dünyanın müxtəlif bölgələrində yağıntı, külək və quraqlıq rejiminə təsir göstərə bilər:

“El-Nino”nun əsas təhlükəsi qlobal havasistemlərində ciddi dəyişikliklərə səbəb olmasıdır. Bir regionda güclü istilik və quraqlıq müşahidə edilərkən, digər ərazilərdə intensiv yağışlar və daşqınlar baş verə bilər. Qlobal istiləşmə atmosferin daha çox su buxarı saxlamasına şərait yaradır. Bu isə həm quraqlıq dövrlərinin uzanmasına, həm də yağıntı zamanı daha intensiv leysanların yaranmasına səbəb ola bilər. Nəticədə gələcəkdə yalnız daha isti hava yox, dəyişkən və ekstremal hava şəraiti ilə qarşılaşa bilərik. Daha uzun və intensiv isti dalğaları, quraqlıq, su çatışmazlığı, kənd təsərrüfatında məhsuldarlığın azalması, meşə və çöl yanğınlarının artması, bəzi ərazilərdə isə güclü leysanvə daşqınlar əsas risklər sırasında olacaq”.

İ.Həsənova bildirib ki, Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır:

“Ölkənin böyük hissəsi quraq və yarı-quraq iqlim zonalarında yerləşir. Su ehtiyatlarının məhdudluğu, kənd təsərrüfatının iqlimdən asılılığı, Kür-Araz ovalığında quraqlıq riski və Xəzər dənizi hövzəsində baş verən dəyişikliklər iqlim risklərini artırır. “El-Nino”nun yaratdığı qlobal atmosfer dövranı dəyişiklikləri Avrasiya və Aralıq dənizi regionunda hava şəraitinə dolayı təsir göstərə bilər. Buna görə “El-Nino” dövrünü Azərbaycanda avtomatik olaraq quraqlıq və ya güclü yağışla əlaqələndirmək düzgün deyil. Təsirin xarakteri konkret ilin atmosfer şəraitindən və digər iqlim amillərindən asılıdır. Azərbaycan üçün uzunmüddətli əsas təhlükə isə qlobal istiləşmədir. Temperaturun artması suya tələbatı və torpaqdan buxarlanmanı artıracaq, kənd təsərrüfatında suvarma ehtiyacını yüksəldəcək. Quraqlıq dövrlərinin uzanması Kür və digər su hövzələrinin su balansına əlavə təzyiq yarada bilər”.

Ekoloq qeyd edib ki, iqlim dəyişmələrinin ən ciddi təsirlərindən biri kənd təsərrüfatında hiss olunacaq:

“Yüksək temperatur və su çatışmazlığı məhsuldarlığı azalda, bitkilərin vegetasiya dövrünü dəyişə, zərərvericilərin yayılma arealını genişləndirə bilər. Bu səbəbdən suya qənaət edən texnologiyaların, müasir suvarma sistemlərinin və quraqlığa, eləcə də yüksək temperatura davamlı bitki sortlarının tətbiqi əhəmiyyətini artıracaq. Su təhlükəsizliyinin təmin edilməsi, ekosistemlərin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi də əsas prioritetlərdən olmalıdır.

İqlim dəyişmələrinin qarşısını tamamilə almaq mümkün olmasa da, onların ağır nəticələrini azaltmaq və risklərə əvvəlcədən hazırlaşmaq mümkündür”./global.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Sentyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri