Icma.az
close
up
RU
İnter in sabiq qapıçısı Mourinyonun dönəminə tərif yağdırdı

İnter in sabiq qapıçısı Mourinyonun dönəminə tərif yağdırdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Joze Mourinyo məşqçi karyerasının ən uğurlu dönəmlərindən birini ''İnter''də keçirib. Xüsusilə də 2009/10-da o, məşqçilik karyerasının zirvəsinə ucaldaraq ''İnter'' ilə Çempionlar Liqasını qazanmışdı.

''Football-plus.az'' xəbər verir ki, həmin ''İnter''in vazkeçilməz simalarından biri də qapıçı Julio Sezar idi. İtaliyaya 2005-də gələn və ilk vaxtlar qeyri-adi oyun sərgiləməyən Sezar da digərləri kimi Mourinyonun təyinatından sonra yüksəlməyə başladı. Hazırda 45 yaşı olan və ''İnter''də keçirdiyi 7 il ərzində 14 titul qazanan braziliyalı Sezar bunları deyib:

''2010-cu ildə artıq o səviyyəyə çatmışdıq ki, meydana çıxanda özümü ''supermen'' kimi hiss edirdim. Adətən özümə ''bu gün qol buraxmayacam'' deyirdim. Kasilyas, Buffon kimi isimlərlə ilin ən yaxşı qapıçısı mükafatı uğrunda mübarizə apardım. O qalib ruhlu komandanın bir parçası olmaq gözəl duyğu idi. Bir mövsümdə ən önəmli 3 titulu qazanmaq hər kluba qismət olmur. Mourinyo həqiqətən də o komanda ilə mühüm işlər gördü. Avarçəkmədə olduğu kimi hamımız birlikdə hərəkət edirdik. Komandada olan bütün ulduzlar eqolarını bir kənara qoydular. Paltardəyişmə otağında gözəl ab-hava var idi. Mən ən yaxşı qapıçı, Maykon ən yaxşı müdafiəçi, Sneyder ən yaxşı yarımmüdafiəçi, Milito ən yaxşı hücumçu mükafatına namizəd göstərildik. ''Bavariya'' ilə final matçından bir neçə gün öncə Mourinyo bizimlə bir toplantı keçirdi. Orda bizə ''qazana biləcəyiniz 3 titul var. Özünüz seçin'' dedi. Məsuliyyəti bizə verdi və mən də daxil olmaqla hər birimiz əlimizdən gələni etdik. ''İnter'' dönəmindən sonra bir daha heç bir klubda Mourinyo ilə yollarımız kəsişmədi. Amma belə görürəm, indi daha sakit və rahatdı''.


ƏLİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Mart 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri