İnter Mayami MLS də Şarlott la heç heçə edib
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın MLS liqasında "İnter Mayami" və "Şarlott" komandaları arasında keçirilən görüş heç-heçə ilə başa çatıb.
AZXEBER.COM xəbər verir ki, Mayamidəki "Nu" stadionunda baş tutan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Ev sahiblərinin heyətində uruqvaylı hücumçu Luis Suares argentinalı hücumçu German Berteramenin ötürməsindən sonra fərqlənib. Yamaykalı Yan Frey və argentinalı yarımmüdafiəçi Rodriqo De Paul da rəqib qapısına yol tapıblar. De Paulun qoluna venesuelalı Telasko Seqoviya assist edib.
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi meydana start heyətində çıxsa da, məhsuldar oyun hərəkəti ilə yadda qalmayıb.
Qonaqların heyətində israilli yarımmüdafiəçi Liel Abada dubl edib. Beninli hücumçu Rodolfo Aloko isə daha bir qolun müəllifi olub.
"İnter Mayami" MLS-in müntəzəm çempionatını 60 xalla Şərq Konfransının ikinci pilləsində başa vurub. "Şarlott" isə 54 xalla beşinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 Noyabr 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















